Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları dəfn edilib
06.04.2024 [13:23]
Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvad Məhərrəmov Vaqif Cəmil oğlu və Məhərrəmova Bəsirə Vəli qızının qalıqları bu gün dəfn edilib.
Soyqırımı qurbanlarının qalıqları Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (onlardan 4 nəfərinin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.
Kütləvi məzarlıqda aşkar olunan insan qalıqlarından 10 nəfərin şəxsiyyəti müəyyən edilib:
(Xocalı rayon sakinləri)
1. Əliyev Ağaəli Naib oğlu (01.06.1933)
2. Əliyeva Sürəyya Behbud qızı (01.06.1933)
3. Mahmudov Akif Seydulla oğlu (01.06.1962)
4. Səlimov Xəzər Səyavuş oğlu (01.09.1974)
5. Səlimova Tamilla Ağamirzə qızı (01.06.1935)
6. Nəcəfov Şiraslan Məmiş oğlu (01.06.1952)
(Xankəndi şəhər sakinləri)
7. Cavadov Əli Müsül oğlu (15.06.1954)
8. İsmayılov İsmayıl Bəhman oğlu (01.08.1955)
9. Məhərrəmova Bəsirə Vəli qızı (01.06.1954)
10. Məhərrəmov Vaqif Cəmil oğlu (01.06.1951)
Qeyd edək ki, kütləvi məzarlıqda tapılan 7 nəfərin qalıqları martın 31-də Xocalıdakı yeni Şəhidlər xiyabanında dəfn edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

