Efemera…
07.04.2024 [11:23]
Xatirələrə sayğıyla...
Xatirələri ilə var insan, yaşadığı, yaddaşının ən gözəl yerinə həkk olunmuş ömür fraqmentləri ilə bağlanar həyata. O xatirələrdir onu hər keçən günə həvəsləndirən, arxada qoyduğu həyata gülümsədən. Gözəl günləri unutmaq istəməz insan. Hər zaman qəlbindəki xoş duyğular kimi, gözünün önündə, ovcunun içində, gündəlik yaşantısının bir yerində həmin xoşbəxt gündən, bəxtəvər andan bir nişanə daşımaq istər. Bir gün sevdiyi ilə izlədiyi gözəl bir filmin bileti, iki cümləsi ilə ona dünyaları bəxş edən bir açıqca, sevinclə yemək yediyi restorandan götürdüyü bəzəkli kağız dəsmal... O günün, o anın ən unudulmaz duyğularını daşıyar özündə, baxdıqca təkrar-təkrar yaşadar bizə o hissləri. Bax, atmağa qıymadığımız, qəlbimiz kimi ömrümüzün də ən gözəl yerində qoruyub saxladığımız o saxlanclar efemera kolleksiyası adlanır. Sizin də gözəl keçən bir gündən xatirə saxlamaq kimi bir xobbiniz varmı? Əgər varsa, deməli, siz də efemeraçısınız.
Nədir efemera?
Efemera (ingiliscə: Ephemera) gündəlik həyata aid olan və “trivia” (əhəmiyyətsiz əşyalar) olaraq ifadə edilə bilən qısa ömürlü kiçik və müvəqqəti sənədləri bildirən termindir. Efemeraları yığanlara “efemeraçı” və ya “efemera kolleksiyaçıları” deyilir.
Qədim yunan mənşəlli bu söz “bir gündən çox yaşamayan” mənasını verən “ephemeron” sözünün cəm formasıdır. Etimoloji olaraq, Qədim Yunan dilindən tərcümədə ephemeron “Bir günlük həyatı olan May böcəyi” mənasına gəlir. Bu sözdən yaranmış ephemeros sözünün tərcüməsi “gündəlik”, emeros isə “gün” deməkdir. Bu iki sözün birləşməsindən yaranan və ingilis dilinə daxil olan “efemera” (ephemera) isə bu dildə qısa ömürlü şeyləri, qalıcı olmayan nəşrləri təsvir etmək üçün istifadə olunur. Bu, yığılmaq məqsədi ilə istehsal olunmayan, qısa ömürlü olan və başlanğıcda çox dəyər daşımayan, lakin sonradan bəzi kolleksiyaçılar tərəfindən kolleksiyaya çevrilən “əhəmiyyətsiz” məhsulların ümumi adıdır. Bu məhsullara adətən çap materialları daxildir.
Tarixi XIV əsrə qədər gedib çıxan efemera kolleksiyalarının arasında məktəb diplomları, hesabat kartları, avtobus, teatr, kino və muzey biletləri, lotereya biletləri, idman və mərc kuponları, qəzet nüsxələri, təbliğat broşüraları, məktublar, vizit kartları, restoran menyuları, mülkiyyət sənədləri, notarius sənədləri, bank qəbzləri, şokolad və saqqızlardan çıxan kartlar, siqaret kağızları, afişalar, pasportlar, fotoşəkillər, açıqcalar, toy dəvətnamələri kimi gündəlik həyatın təfərrüatlarını sənədləşdirən materialları saymaq olar.
Tarixdə ilk dəfə efemeraçıya XVI əsrdə rastlanıb. İngiltərənin önəmli bürokratlarından olan Samuel Pepys yaşlanarkən gündəlik tutmağa başlayır. O, gündəliyində Londondakı vəba xəstəliyindən tutmuş, 1666-cı ildə baş verən böyük yanğına qədər hər şeyi qələmə alıb.
Pepys yaşadığı illərdə fərqli maraq dairələrini əhatə edən teatr biletləri, açıqcalar, broşuralar toplayaraq adını tarixə ilk efemeraçı kimi yazdırmağı bacarıb. Təbii ki, həmin dövrdə efemeranın daha da yayıldığı və inkişaf etdiyi yerlər Britaniya və Birləşmiş Krallıq idi. Bu mənada efemera üçün Oksford Universitetindəki Con Conson kolleksiyası böyük önəm daşıyır.
Ümumi və ötəri yanaşdıqda efemera əhəmiyyətsiz yığıcılıq kimi görünə bilər. Əslində, ən əvvəllər də bu, sahiblərindən başqa heç kimi maraqlandırmayıb Lakin XX əsrin II yarısında efemeranın tədqiqatçılar üçün çox yaxşı qaynaq olduğu nəzərə alınaraq, böyük maraq görməyə başlayıb. Çünki efemera tarixçilərin, tədqiqatçıların ən çox köməyinə çatan, kolleksiya sahibi və yaşadığı dövr haqqında fikir formalaşdıran üsuldur.
Bu gün şəxsi kolleksiyaçılardan başqa, böyük milli kitabxanalar, arxivlər və muzeylərdə tarixin müəyyən sahəsinə işıq sala bilən efemera kolleksiyalarının yığılması işində maraqlıdırlar.
Məsələn, bu gün Azərbaycan Dövlət Teatr Tarixi muzeyində teatrımızın yarandığı ilk zamanlarda səhnələşdirilən tamaşaların afişaları, biletləri hələ də qalmaqdadır. Eyni zamanda, ölkəmizin müxtəlif yerlərində fəaliyyət göstərən Tarix-diyarşünaslıq müzeylərində bu kimi efemera nümunələri həmin bölgələrin tarixi, əhalisinin dünyagörüşü, məşğuliyyəti, maraqları haqqında yerli və xarici turistlərdə fikir formalaşdırır.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

