Yeddilik Qrup Rusiyanı hədəfə almadı
15.03.2025 [08:53]
Son bəyanat nəyin göstəricisidir?
Martın 12-13 - də Kanadanın Kvebek əyalətində Yeddilik Qrupunun (G7 - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin növbəti görüşü baş tutub. Görüşün sonunda XİN rəhbərlərinin birgə bəyanatı qəbul olunub. Bəyanatda Avropada təhlükəsizlik, Rusiya-Ukrayna müharibəsinin taleyi, Yaxın Şərq, Asiya-Sakit okean və Afrika regionunda mövcud vəziyyət və digər qlobal məsələlər ilə bağlı çağırışlar yer alıb. XİN rəhbərlərinin bəyanatında Ukraynaya hərbi-siyasi dəstəyin davam etdirilməsinin zəruriliyi vurğulansa da, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı fikirlər səsləndirilməyib. XİN rəhbərləri yalnız Moskvanı 30 günlük atəşkəsə razı olmağa çağırıb. Bəzi ekspertlərin fikrincə, bu, ümumilikdə, Qərbin Rusiyaya münasibət istiqamətlərini dəyişmək niyyətində olmasının göstəricisidir.
Qeyd edək ki, son zamanlar Rusiya-Ukrayna münaqişəsi üzrə mühüm proseslər baş verir - ABŞ ilə Rusiya və ABŞ ilə Ukrayna arasında təmasların intensivləşməsi, xüsusilə Ər-Riyad və Ciddədə aparılan danışıqlarda münaqişənin nizamlanması ilə bağlı müəyyən fikir mübadilələri müharibənin sona çatması üçün ümidləri artırıb. Bununla belə təmas xəttində genişmiqyaslı aktiv döyüş əməliyyatlarının müşahidə olunması, Kremlin atəşkəs təklifinə birmənalı yanaşmaması prosesin necə sona çatacağı barədə qeyri-müəyyənlik yaradıb. Ekspertlər hesab edirlər ki, ABŞ-ın, eləcə də Avropa ölkələrinin Rusiyaya münasibətində dəyişiklik Moskvanın addımlarıdan asılı olacaq.
Əsas rol ABŞ-a məxsusdur
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Avropa ölkələri hər zaman ABŞ-ın mövqeyi ilə razılaşmaq məcburiyyətində olublar. “Fikrimcə G7-də dominant rol ABŞ-a məxsusdur. Düzdür, bu günə qədər, Yeddilik Qrupun kollektiv təşkilat olması və qərarlarını konsensus şəklində qəbul etməsi ilə bağlı görüntü yaradılsa da, digər altı ölkənin də rəyinin nəzərə alındığı vurğulansa da, qlobal proseslər göstərir ki, ABŞ-ın təşkilatdakı rolu müstəsnadır. İndiyə qədər verilən bütün qərarlar Vaşinqtonun mövqeyinə uyğun qəbul edilib. Son bəyanatda Rusiyaya qarşı fikirlərin qeyd edilməməsi demokratların hakimiyyətdə olmamasından qaynaqlanır,” - deyə İ.Vəlizadə bildirib. Vurğulayıb ki, ABŞ-ın hazırki hakimiyyəti Rusiya ilə münasibətləri bərqərar etmək istəyir: “Ağ Ev və Kreml Ukraynada müharibəni sona çatdırmaq üçün qarşılıqlı təmasları intensivləşdirib, artıq hər iki tərəf bu məsələdə ortaq məxrəcə gəliblər və ikitərəfli dialoqu genişləndirmək niyyətindədirlər”.
G7-nin avropalı üzvləri də mövqeyini dəyişir
Politoloqun sözlərinə görə, Avropa İttifaqı və Avropanın aparıcı ölkələri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən kənarda qalmaq istəmir: “Onlar da danışıqlar masası arxasında oturmaq istəyirlər. Ancaq bunun baş tutub-tutmayacağı ABŞ və Rusiyanın qərarından asılı olacaq. Bunu çox yaxşı başa düşdükləri üçün bu və ya digər şəkildə Rusiyaya qarşı mülayim münasibət sərgiləməyə çalışırlar. Hesab edirəm ki, növbəti aylarda Aİ-nin və Avropanın güc mərkəzlərinin Rusiyaya münasibətlərində müəyyən başqa dəyişikliklərin də şahidi ola bilərik. Münasib şəraitdən istifadə edib özlərini danışıqlar prosesinə qoşmağa çalışacaqlar”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39

