Tarixi razılaşma əldə olundu
19.11.2025 [10:14]
Ukrayna Fransadan qırıcılar alacaq
Bugünlərdə Fransada Ukrayna üçün tarixi adlandırıla biləcək razılaşma əldə olunub. Söhbət Zelenski ilə Makron arasında Fransa istehsalı olan təxminən 100 ədəd “Rafale F4” döyüş təyyarəsinin alınmasına dair niyyət sənədinin imzalanmasından gedir. Qırıcıların Ukraynanın hava məkanının qorunması və müdafiə imkanlarını gücləndirmək məqsədilə tədarük olunacağı bildirilir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
Çoxfunksiyalı “Rafale” qırıcıları
Fransanın milli istehsalı olan “Rafale” qırıcıları çoxfunksiyalı olması ilə fərqlənir. Fransız dilindən tərcümədə “Rafale” “külək qopması” və “atəş yağışı” mənasını verir.
“Rafale” “Dassault Aviation” tərəfindən hazırlanan ikimühərrikli çoxməqsədli hərbi təyyarədir. Şirkət təyyarənin kəşfiyyatdan gəmi hücumlarına qədər missiyaları yerinə yetirə bildiyini deyir. Təyyarənin 3 versiyası mövcuddur: quru bazalarından uçan təkoturacaqlı versiya, ikioturacaqlı versiya və aviadaşıyıcılar üçün nəzərdə tutulan təkoturacaqlı versiyası.
Təyyarə ilk dəfə 2004-cü ildə Fransa donanmasının, 2006-cı ildə isə Fransa Hərbi Hava Qüvvələrinin istifadəsinə verilib. O, dəfələrlə modernləşdirilib və ən yeni nəsil “Standard F5” versiyasının 2030-cu ildə hazır olması planlaşdırılır.
“Dassault” şirkəti oktyabr ayında 300-cü “Rafale” təyyarəsinin təhvil verildiyini açıqlayıb. İndiyədək Fransa və xarici dövlətlər tərəfindən 533 ədəd sifariş qəbul edilib. İxracatın ilk böyük alıcısı 2015-ci ildə Misir olub.
“Rafale” müxtəlif müharibə bölgələrində - Əfqanıstan, Mali, Liviya, İraq və Suriya əməliyyatlarında istifadə edilib. “Reuters”in məlumatına görə, Pakistan 2024-cü ildə Hindistana məxsus ən azı bir “Rafale”ni vurub ki, bu da təyyarənin nüfuzuna zərbə kimi qiymətləndirilib.
Qətər, Yunanıstan, Xorvatiya, BƏƏ, İndoneziya, Serbiya, eləcə də Hindistan və Misir bu təyyarənin müştəriləri sırasındadır. Ən böyük sifarişlərdən biri 2021-ci ildə BƏƏ tərəfindən verilən 80 ədəd “Rafale F4” olub.
Təyyarənin texniki göstəriciləri: uzunluğu 15 metrdən çoxdur. Qanadı açıq halda 11 metrdir. Boş olduqda təyyarənin çəkisi 10 tondur. Maksimum uçuş hündürlüyü 15240 metrdir. Fransa ordusu “Rafale” ilə nüvə başlıqlı raketləri daşıya bilir.
Qırıcının maraqlı yaranma tarixçəsi var. Gələcək təyyarə istifadə müddəti ərzində aşağı istismar xərclərinə, planer və güc qurğusunun artırılmış resursuna malik olmalı, həmçinin asan texniki xidməti təmin etməli idi. Belə təyyarənin yaradılması xərclərini azaltmaq üçün Avropa firmalarının güclərini birləşdirməsi gərək idi. Lakin Fransa, Böyük Britaniya, Almaniya və İtaliya arasında “avroqırıcının” yaradılması üzrə bağlanılmış müqavilə ciddi problemlərlə üzləşmişdi: tərəflər təyyarənin qalxış çəkisi barədə razılığa gələ bilmirdilər. Fransa aviadaşıyıcı gəmilərdə istifadə etmək üçün qalxış çəkisi 9 ton olan təyyarə istəsə də, digər ölkələr 10 tondan yuxarı qalxış çəkisinə malik olan təyyarə arzulayırdılar.
Nəticədə Fransa ayrılaraq özü yolu ilə getməyi seçdi, digər ölkələr isə, “Eurofighter Typhoon” qırıcısının yaranmasına gətirib çıxaran ittifaqı təşkil etmiş oldular. 1985-ci ilin dekabrında “Dassault Aviation” şirkətinin Sen-Klodakı müəssisəsində aviakonstruktor Marsel Dassonun iştirakı ilə tamamilə ağ rəngə boyanmış “Rafale A” təyyarəsinin ilk nümayişi keçirildi. 4 iyul 1986-cı ildə isə təyyarə ilk dəfə olaraq səmaya qalxdı.
Ukrayna müharibənin gedişində dönüş yarada biləcəkmi?
Qırıcıların tədarükü ərazi itkilərinə məruz qalan Ukrayna ordusunun müqavimət qabiliyyətini artırmaq və hücum imkanlarını genişləndirmək baxımından çox zəruridir. Kiyevin bu müqaviləsi Avropada təhlükəsizlik gündəmini yenidən canlandırıb. Kiyev Rusiya təhdidi fonunda hava qüvvələrini sürətlə modernləşdirməyə çalışır. “Rafale” sifarişi NATO daxilində də mühüm strateji addım kimi qiymətləndirilir.
Məlumdur ki, hazırda Kiyev Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün əsasən PUA-lardan istifadə edir və müəyyən nəticələrə nail olur. Lakin qırıcılar baha olsa da, manevr nöqteyi-nəzərindən böyük üstünlüklərə malikdir. Bundan əvvəl Zelenski ABŞ-dan “Tomahawk” raketlərinin alınmasına nail olmaq istəyirdi. Prezident Donald Tramp uzaqmənzilli raketlərin Ukraynaya tədarükünə əvvəlcə razı olduğunu bildirsə də, onun Prezident Putinlə danışığı ssenarini dəyişdi. Belə ki, ABŞ-ın dövlət başçısı səbəbləri açıqlamadan “Tomahawk” raketlərinin Kiyevə tədarükündən imtina etdi.
Bəs Fransa qırıcılarının tədarükü Rusiya-Ukrayna müharibəsinin gedişinə necə təsir göstərəcək? Əlbəttə, qırıcılara sahiblənmək Zelenskinin böyük uğurudur və bunun müharibənin gedişinə təsiri mütləq olacaq. Ancaq ekspertlər bu təsirin ilk vaxtlarda yalnız psixoloji təsir olacağını düşünürlər. Çünki qırıcıların Ukraynaya təhvil verilməsi və onlardan döyüşlərdə istifadə edilməsi anında, qısa müddətdə baş tutan bir proses deyil. Onların Ukraynaya mərhələli şəkildə göndərilməsi planlaşdırlır. Digər tərəfdən, qırıcıların döyüş hazırlığı vəziyyətinə gətirilməsi, ukraynalı pilotların hazırlanması vaxt tələb edəcək. Beləliklə, Ukrayna hələ bir qədər də səbr etməli və müharibəni əlindəki resurslarla davam etdirmək reallığı ilə üz-üzədir. Rusiya üçün isə Fransa qırıcıları çəkindirici vasitə ola bilər. Gec-tez bu qırıcılar Rusiya səmasında görünəcək. Onda Moskva daha çətin seçim qarşısında qalacaq. Buna görə də Rusiya üçün ən yaxşı yol şərtləri yumşaltmaqla sülh prosesinə başlamadır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

