NATO və Rusiya faktoru:Avropa təhlükəsizliyində yeni mərhələ
30.12.2025 [08:32]
Ukrayna müharibəsi hələ davam etdiyi halda Qərbdə getdikcə daha açıq səslənən bir fikir var: bu münaqişə bitəndən sonra dünya əvvəlki kimi olmayacaq. Amma ən ciddi dəyişiklik nə Ukraynanın taleyi, nə də Rusiyanın mövqeyi ilə bağlıdır. Ən böyük zərbə Avropanın təhlükəsizlik sisteminə və onun əsas dayağı sayılan NATO-ya dəyir. ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası bu zərbəni artıq gizlətmir, əksinə, onu siyasi xəttə çevirir.
Sənəddə ilk dəfə olaraq Rusiya açıq şəkildə əsas düşmən kimi təqdim edilmir. Bu, texniki detal deyil, konseptual dönüşdür. Onilliklər boyu NATO-nun mövcudluğunu əsaslandıran “Rusiya təhlükəsi” anlayışı faktiki olaraq yumşaldılır. Əvəzində “strateji sabit münasibətlər”, “faydalı tərəfdaşlıq” və “qarşılıqlı maraqlar” kimi ifadələr ortaya çıxır. Bu, Vaşinqtonun Rusiya ilə sonsuz qarşıdurmadan bezdiyini və Avropanın bu qarşıdurmada əsas yük daşıyıcısı olmaq istəmədiyini göstərir.
İdeoloji konstruksiya, yoxsa hərbi alyans?
Bu yanaşma NATO üçün ölüm hökmünə bərabərdir, çünki NATO yalnız hərbi alyans deyil, ideoloji konstruksiyadır. Onun varlıq səbəbi konkret düşmən obrazı üzərində qurulub. Əgər Rusiya artıq əsas təhlükə deyilsə, alyansın mənası da itir. ABŞ üçün NATO getdikcə daha çox yükə çevrilir, Avropa üçünsə süni nəfəs aparatına.
Əsl problem ondadır ki, Avropa özü Rusiyaya alternativ təhlükəsizlik modeli yarada bilmədi. Bütün strategiya Vaşinqtonun liderliyinə bağlandı. İndi isə ABŞ açıq şəkildə bildirir: Avropa ilə Rusiya arasında münasibətləri normallaşdırmaq Vaşinqtonun marağındadır, amma bu proses Avropanın istəklərindən asılı olmayacaq. Yəni Avropa ya bu reallıqla barışacaq, ya da prosesdən kənarda qalacaq.
Paradoksal vəziyyət yaranır: bir tərəfdən Avropa illər boyu Rusiya ilə münasibətləri kəsib, sanksiyalar tətbiq edib, enerji asılılığını “təhlükə” elan edib, digər tərəfdən ABŞ indi deyir ki, müharibədən sonra Avropanın Rusiya ilə əməkdaşlığı qaçılmazdır. Bu isə Avropa elitalarının illərlə apardığı siyasətin iflası deməkdir. Çünki nəticədə ortaya çıxan sual çox sadədir: əgər barışıq qaçılmaz idisə, bu müharibə nəyin naminə aparılırdı?
ABŞ-ın yeni yanaşması NATO-nun genişlənməsini də faktiki olaraq gündəmdən çıxarır. Bu, Ukrayna məsələsinin pərdəarxası etirafıdır. Genişlənmənin dayanması Rusiyanın əsas strateji tələblərindən biri idi, indi həmin tələb rəsmi sənəddə dolayı yolla qəbul olunur. Bu isə onu göstərir ki, Vaşinqton artıq Avropanın şərq cinahını risk zonası kimi saxlamaq istəmir. ABŞ üçün əsas prioritet başqa yerdədir - Çinlə rəqabətdə.
Bu nöqtədə NATO-nun Avropa üçün nə qədər perspektivsiz olduğu üzə çıxır. Alyans ABŞ olmadan mövcudluğunu qoruya bilməz. ABŞ isə Avropa üçün döyüşmək niyyətində deyil. Bu reallıq Avropanı təhlükəsizlik vakuumu ilə üz-üzə qoyur, amma Avropa bu vakuumu doldurmaq iqtidarında deyil. Nə vahid ordu var, nə vahid komandanlıq, nə də real siyasi iradə.
Avropa parçalana bilərmi?
Rusiya ilə münasibətlərin yenidən formatlanması da məhz bu boşluqdan qaynaqlanır. ABŞ üçün Rusiya Avropada sabitlik elementi ola bilər, xüsusilə də Çinlə strateji balans baxımından. Avropa üçün isə Rusiya təhlükə obrazından sabit tərəfdaşa çevrilərsə, son onilliklərin ideoloji xətti çökmüş olacaq. Bu səbəbdən Brüssel və bəzi Avropa paytaxtları bu dönüşə psixoloji olaraq hazır deyil.
Lakin beynəlxalq siyasət psixologiya ilə deyil, güc balansı ilə işləyir. Əgər ABŞ və Rusiya arasında strateji razılaşma formalaşarsa, Avropanın buna qarşı çıxmaq imkanı yoxdur. Tarix göstərib ki, Avropa böyük güclər arasında razılaşmaların obyektinə çevrildiyi anlarda daxildən parçalanır. Bu dəfə də fərqli vəziyyət yaranmayacaq.
Beləliklə, NATO-nun perspektivsizliyi təkcə hərbi məsələ deyil, siyasi və ideoloji böhrandır. Alyansın gələcəyi sual altındadır, çünki əsas sponsoru onun yaşamasında artıq maraqlı deyil. Rusiya ilə barışıq isə Avropa üçün seçimə yox, məcburiyyətə çevrilir. Bu məcburiyyət qəbul olunmasa, Avropa təhlükəsizlik baxımından tamamilə kənarda qalacaq.
Nəticədə ortaya belə bir acı həqiqət çıxa bilər: Ukrayna müharibəsi Avropanı gücləndirmədi, əksinə, onu strateji baxımdan daha da zəiflətdi. NATO isə bu zəifliyin simvoluna çevrildi - rəsmən elan olunmamış, amma artıq başlanmış səssiz-küysüz bir sonun simvoluna.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

