İnternetin sürətinə təsir edən 10 kritik faktor...
31.12.2025 [09:54]
Problemin həll yolları müzakirə olunub...
İnternet sürəti həm təhsil, həm iş, həm də əyləncə üçün əsas amillərdən biridir. Bəzən eyni tarifdən istifadə edən iki fərqli istifadəçi tamamilə fərqli sürət nəticələri ilə qarşılaşır. Bunun səbəbi internet sürətinə təsir edən bir çox texniki və qeyri-texniki amillərin olmasıdır.
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə internet provayderlər arasında geniştərkibli görüş keçirilib. Görüş zamanı ölkədə internet xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılmasına həsr olunan fikir mübadiləsi aparılıb.
Agentlikdən verilən məlumata görə, görüşdə internetin sürətinə təsir edən amillər, beynəlxalq təcrübə, İKTA-nın həyata keçirdiyi araşdırmalar və “İnternet sürətinə təsir edən 10 kritik faktor” üzrə tövsiyələr müzakirə edilib. Bununla yanaşı, İSP-lərin (İnternet xidmət provayderi) növbəti illər üçün planlaşdırmalı olduqları modernizasiya tədbirləri diqqət mərkəzində olub.
Ölkəmizin fiber infrastrukturu genişlənib
İKTA nümayəndələri bildiriblər ki, son illərdə ölkədə fiber infrastrukturu genişlənib, hər bir evə fiber-optik xəttin çəkilişi təmin olunub. Ancaq internet xidmətinin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün bir sıra işlər də görülməlidir. İnternet keyfiyyətinə təsir edən amillərin yalnız operator şəbəkəsindən ibarət olmadığı, həmçinin modem parkı, “Wi-Fi” sistemlərinin tənzimlənməsi, marşrutlama (routing), beynəlxalq çıxışlar, məzmun çatdırılma şəbəkələri (Content Delivery Network - CDN), evdaxili siqnal zəifləməsi və “mesh” texnologiyalarının tətbiqinin də real nəticəyə ciddi təsir etdiyi vurğulanıb.
Görüşdə İKTA rəsmiləri “İnternet sürətinə təsir edən 10 kritik faktor” adlı təqdimatla çıxış edib. İnternetin keyfiyyətini yüksəldə biləcək 10 əsas istiqamət izah edilib, operator və provayderlərin fəaliyyətlərində bu amilləri nəzərə almalarının zəruriliyi vurğulanıb.
İnternetin sürətinə təsir edən faktorlar...
Qeyd olunan 10 kritik faktora aşağıdakılar daxildir:
1. Fiber “backhaul” və magistral xətlərin modernizasiyası. Şəbəkənin “əsas skelet”inin (Backhaul) modernizasiyası aparılmadan uzunmüddətli dayanıqlılıq qazanılmır. İnternet trafiki ilk növbədə ölkə daxilində yerləşən fiber xətlər üzərindən ötürülür. Bu xətlərdə ötürmə tutumu kifayət qədər olmadıqda sürət azalması müşahidə oluna bilər. İSP-lər fiber xətlərin ötürmə tutumlarının artırılması istiqamətində tədbirlər görməlidir.
2. Evdaxili “Wi-Fi” sistemlərinin optimallaşdırılması. Beton divarlı evlərdə “Wi-Fi” siqnalı 50-80 faiz zəifləyə bilir. Modem düzgün yerləşdirilmədikdə və ya köhnə texnologiyadan istifadə edildikdə yüksəksürətli internet paketləri belə real nəticə vermir. Bu səbəbdən “Wi-Fi 6”, “Wi-Fi 6E” və “mesh” sistemlərinin tətbiqinin vacibliyi vurğulanıb.
3. Modemlərin düzgün tənzimlənməsi (2.4 və 5 GHz SSID eyniliyi). Tədqiqatlar göstərir ki, sürətlə bağlı şikayətlərin 60-70 faizi modemlərin düzgün tənzimlənməməsindən qaynaqlanır. Xüsusilə 2.4 və 5 GHz tezlikləri üçün fərqli ad və şifrlərdən istifadə edildikdə istifadəçi avtomatik olaraq aşağısürətli 2.4 GHz şəbəkəsində qalır. Halbuki eyni şəbəkə adı və eyni şifr tətbiq edildikdə cihazlar avtomatik olaraq daha sürətli bağlantıya qoşula bilir.
4. Marşrutlanmanın (routing) səmərəliliyinin artırılması. Beynəlxalq trafikə çıxış və marşrutların optimallaşdırılması gecikməni xeyli aşağı sala bilər. Trafikin daha qısa və səmərəli marşrutlar üzrə yönləndirilməsi gecikməni azaldır və interneti daha stabil edir. Bu məqsədlə əsas “Backbone” və şəhərdaxili şəbəkələrin 100G və 400G texnologiyalarına keçirilməsi vacib hesab olunur.
5. Əlavə CDN-lərin yerləşdirilməsi, internet trafikində CDN payının artırılması. “YouTube”, “TikTok”, “Instagram”, “Meta” və digər platformalar kontentinin ölkə daxilində saxlanılması sürəti birbaşa yüksəldir. Məlumatlar uzaq ölkələrdən deyil, yerli serverlərdən ötürüldükdə videolar daha tez açılır və fasilələr azalır. Bu məqsədlə İSP-lər 3-5 illik trafik həcmi inkişafı proqnozunu işləməli, internet trafikində CDN payının 65-75 faizə qaldırılmasını təmin etməlidir.
6. Pik saatlarda yüklənmənin optimallaşdırılması. Saat 20:00 - 23:30 aralığında internetdən istifadə kəskin artır. Bu dövrdə şəbəkənin düzgün idarə edilməməsi sürətin azalmasına səbəb ola bilər. Buna görə də pik saatlarda yüklənmənin balanslaşdırılması xüsusi əhəmiyyət daşıyır. Pik saat sindromunun tam aradan qaldırılması məqsədilə axşam saatlarında internetin sabitliyini artıran texniki optimallaşmalar aparılmalıdır.
7. GPON və XGS - PON texnologiyalarının geniş tətbiqi, 10 Gbit/s texnologiyalara keçid. Mütəxəssislər XGS - PON kimi yeni nəsil fiber texnologiyalarına keçidi vacib sayırlar. 10 Gbit/s sürət imkanına malik yeni nəsil fiber texnologiyanın kommersiya istifadəsinə verilməsinə, yüksək sürət tarif paketlərinin kütləvi təklif edilməsinə başlanılmalıdır.
8. Şəbəkə monitorinqi və real vaxt rejimində analiz sistemlərinin tətbiqi. Tıxac nöqtələrinin, performans zəifliklərinin avtomatik aşkarlanması və operator panelində görünməsi çətinliklərin preventiv olaraq aşkarlanmasına və şikayət formalaşmadan aradan qaldırılmasına xidmət edir. Real vaxt rejimində şəbəkə monitorinq sistemlərinin tətbiqi ilə preventiv olaraq avtomatik zədə və performans zəifliklərinin aşkarlanması və şəbəkə yüklənməsinin proqnozlaşdırılması texnologiyalarının tətbiqi genişləndirilməlidir.
9. Standartlaşdırma və texniki tələblərin yenilənməsi. Modem standartı (“Wi-Fi 6” minimum tələbi), “SSID” qaydaları, CDN hostinq qaydaları və digər normativlərin tətbiqindən ibarətdir. İnternet sürətinin minimum həddinin müəyyənləşdirilməsinə, “Wi-Fi 4 və 5” nəsil modemlərin dövriyyədən çıxarılmasına, “Wi-Fi 6” modemlərin geniş tətbiqinə başlanılmalıdır.
10. İstifadəçilərin maarifləndirilməsi. Evdaxili şəbəkənin düzgün qurulması üzrə geniş ictimai təlimatlar hazırlanmalı, aktiv maarifləndirmə işləri aparılmalıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

