Fevralın 20-də nə olacaq -İnformasiya müharibəsi, yoxsa hərbi əməliyyatlar?
27.01.2022 [11:02]
Ukrayna cəbhəsində qarşı-qarşıya gələn ABŞ və Rusiya arasında mübarizə şiddətlənir
Pərviz
ABŞ ilə Rusiya arasındakı Ukrayna savaşı yeni istiqamət almaqdadır. Tərəflər artıq vəziyyətin gərginliyini daha açıq şəkildə göstərmək üçün informasiya müharibəsini şiddətləndiriblər və müxtəlif vasitələrdən istifadə edirlər.
Ukraynanın Donbassdakı Birləşmiş Qüvvələrinin əməliyyat rəhbəri Aleksandr Pavlyuk “The Times” qəzetinə müsahibəsində deyib ki, fevralın 20-də Rusiya Ukraynanı “işğal” edə bilər: “Bu, bizi narahat edən tarixdir”, -deyə vurğulayan Pavlyukun sözlərinə görə, tarixin məhz 20 fevrala uzanmasının səbəbi Çində keçiriləcək Qış Olimpiya Oyunlarıdır. Onun fikrincə, Rusiya Çinlə münasibətlərini pozmamaq üçün “işğal tarixi”nin vaxtını Olimpiya oyunlarının sonuna qədər təxirə salıb. Bununla yanaşı, Rusiya ilə Belarusun birgə “Allied Resolve - 2022” təlimlərinin də məhz həmin tarixə qədər davam edəcəyi bildirilir. “The Times” yazır ki, Qərbin kəşfiyyat orqanları Rusiya hərbi qüvvələrinin mərhələli şəkildə Ukraynanın şərqinə köçürülməsi ilə qarşıdurmanın başlayacağına əmindir. Xəbərdə Kremlin minlərlə əsgərini dəmir yolu vasitəsilə həmin ərazilərə köçürəcəyi də vurğulanır.
Rusiya tərəfi isə öz növbəsində yayılan bu xəbərləri təkzib edib. Bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Rusiya Ukraynaya hücum etmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Zaxarova bildirib ki, Rusiya ABŞ-dan həm informasiya, həm də hərbi xarakterli təxribat gözləyir. Zaxarova “Bloomberg” agentliyinin “çinli diplomat”a istinadən yaydığı xəbərə də diqqət çəkib. O, Çin prezidenti Si Cinpinin Rusiya prezidenti Vladimir Putindən fevralın 4-dən 20-dək Pekində keçiriləcək “Olimpia oyunları dövründə Ukraynaya hücum etməməklə bağlı xahişi” məsələsinə də münasibət bildirib: “Bu, artıq “feyk” deyil. Bu, Amerikanın müvafiq təhlükəsizlik xidmətlərinin “Bloomberg” vasitəsilə informasiya xarakterli xüsusi əməliyyatıdır”.
Yaranan vəziyyət ABŞ-Rusiya münasibətlərindəki gərginliyi bir daha ortaya qoymaqdadır. Bu tipli informasiya müharibəsi hərbi əməliyyatlar üçün bəhanəyə çevrilə bilərmi?
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramin Məmmədov bildirib ki, Ukrayna ətrafında baş verən hadisələr ortaya maraqlı nüanslar çıxarmaqdadır. NATO ilə Rusiya arasında keçirilən görüşlərin nəticəsizliyi hazırki situasiyanı formalaşdırıb. Tərəflər hərbi əməliyyatlardan öncə açıq informasiya müharibəsi aparırlar. Millət vəkilinin fikrincə, bu, soyuq müharibənin təzahürləridir: “Bir müddət öncə ABŞ-ın tanınmış nəşrləri Rusiya diplomatlarının ailələrinin Ukraynadan evakuasiya olunması ilə bağlı məlumatlar yaymışdılar. Hətta bu barədə məlumatın Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən verildiyi göstərilirdi. Amma sonradan bəlli oldu ki, proses heç də iddia olunan istiqamətdə inkişaf etmir. Bu baxımdan, hazırkı informasiyaların da doğruluğu şübhə altındadır. Hətta Çinin Rusiyaya 4-20 fevral tarixləri arasında hərbi əməliyyata başlamama haqqında “müraciət”i belə təkzib olunur. Rusiya tərəfi əminliklə bildirir ki, bu dezinformasiya ABŞ-ın Çində yerləşən bəzi diplomatları tərəfindən hazırlanıb. Fikrimcə, Rusiyanın 20 fevral tarixində Ukraynaya hücumu ilə bağlı xəbər hibrid müharibənin bir qolu olan informasiya mübarizəsidir. İlk növbədə, düşünmək lazımdır ki, hər hansı bir ölkənin hərbi əməliyyatlara başlayacağı tarixi bir ay öncədən bəlli etməsi qeyri-adi hal olardı”.
Millət vəkili qeyd edib ki, münaqişə tərəflərinin bu kimi spekulyasiyalardan istifadəsi psixoloji üstünlük əldə etməyə hesablanıb. Nəticə etibarilə, tərəflər aparılan danışıqlarda bir addım önə keçmək üçün bütün mümkün yollara baş vururlar. “Rusiya ilə ABŞ arasında Ukrayna ilə bağlı gərginlik artıq illərdir davam edir. Tərəflər öz iddialarından geri çəkilmək fikrində deyillər. Keçirilən son görüş bunu təsdiqləyir. NATO Şərqə doğru genişlənmə planından əl çəkmək niyyətində deyil. Rusiya isə bunu özü üçün təhlükə sayır. Amma hər iki tərəf müharibəni məqbul hesab etmir. Həm Rusiya, həm də NATO, dolayısı ilə ABŞ regionda vəziyyəti öz xeyrinə dəyişmək üçün zəmin hazırlamaq istəyindədir. Bunun üçün isə iqtisadi, siyasi, hətta mədəni rıçaqlardan istifadə olunur. İnanıram ki, bu gərginlik dialoq vasitəsilə öz həllini tapacaq. Çünki Avropanın mərkəzində hər hansı bir genişmiqyaslı hərbi əməliyyatın başlanma ehtimalı belə təhlükəlidir”, - deyə R.Məmmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

