50-ci gün
14.04.2022 [10:22]
NATO Rusiya ilə müharibəyə hazırlaşır?
Artıq 50 gündür ki, Ukraynada müharibə gedir və sonu görünmür. Əksinə, hər şey hərbi əməliyyatların tezliklə yeni “qaynar” fazaya keçəcəyindən xəbər verir. Səbəbsiz deyil ki, prezident Volodimir Zelenski aprelin əvvəlində Ukraynanı daha çətin döyüşlərin gözlədiyini söylədi.
Məlik MƏMMƏDOV
Müharibənin əvvəlindən NATO-nun vəzifəsi Rusiya ilə müharibəyə cəlb edilmədən Ukraynaya ölkəni müdafiə etmək üçün kifayət qədər hərbi dəstək vermək olub. Alyans ölkələri Ukraynaya ağır silahların tədarükünü artırır, tanklar və digər zirehli texnikalar, zenit-raket kompleksləri göndərir. Lakin görünür, Rusiyaya qarşı sanksiyaların təsirindən narazı qalan Qərb Ukraynadakı müharibənin nəticələrinə daha fəal təsir göstərmək qərarına gəlib və Rusiya ilə mümkün silahlı toqquşmaya hazırlaşır.
Belə ki, NATO Ukraynada hərbi əməliyyatların yeni, daha böyük və “çox qanlı” mərhələsini proqnozlaşdırır. Bunu NATO baş katibinin müavini Mirça Coane Digi 24 telekanalının efirində deyib. Maraqlıdır ki, NATO-nun baş katibi Yens Stoltenberq “The Sunday Telegraph” qəzetinə müsahibəsində alyansın şərq sərhədlərində silahlı qüvvələrin irimiqyaslı yerləşdirilməsi planı hazırladığını bildirib. Onun sözlərinə görə, şərq cinahda artıq 40 minə yaxın hərbçi var ki, bu da bir neçə ay əvvəlkindən təxminən on dəfə çoxdur. Slovakiyanın müdafiə naziri ABŞ-ın ölkəyə 600 əsgər və yüksək keyfiyyətli müdafiə sistemləri göndərəcəyini açıqlayıb. Mart ayında Pentaqon Avropada 100 minə yaxın Amerika əsgərinin olduğunu açıqlamışdı. Bundan başqa, ABŞ prezidenti administrasiyası Avropadakı qüvvələrinin komandanını dəyişmək niyyətindədir.
Ukraynadakı müharibənin tezliklə Rusiya ilə NATO arasında müharibəyə çevrilə biləcəyini fikirləşməyə vadar edən xəbərlərin kulminasiyası, guya Rumıniya ərazisindən keçməklə alyansın hərbi texnika karvanının Ukraynanın Ujqorod şəhərinə daxil olması ilə bağlı məlumat olub. Bundan əlavə bildirilir ki, guya NATO-nun məxfi monitorinq qrupu və Rumıniyanın Nordstarsupport Group özəl hərbi şirkətin əməkdaşları Odessaya gəliblər. Qrupun vəzifəsi Qara dənizdə Rusiya gəmilərinə nəzarət etməkdir. Amma nəzərə almaq lazımdır ki, bu məlumatı Rusiya mətbuatı yayıb.
Eyni zamanda, Rusiyanın Finlandiya ilə sərhədə qoşun çəkdiyi barədə məlumatlar peyda oldu. Bu proses Finlandiyanın tezliklə NATO-ya üzv olmaq niyyətini bildirməsindən sonra baş verdi.
Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə birlikdə Vostoçnı kosmodromuna səfəri zamanı deyib ki, hazırda Ukraynada baş verənlər faciədir, lakin “Rusiyanın başqa çıxış yolu yox idi”. Eyni zamanda, Rusiya lideri Ukraynada “Rusiyanın xüsusi hərbi əməliyyatı”nın məqsədlərinə nail olunacağına əminliyini ifadə edib. O əlavə edib ki, Ukraynadakı “xüsusi əməliyyat”ın “tamamilə başa düşülən və nəcib” məqsədləri var - Donbassdakı insanlara kömək etmək. “Digər tərəfdən, biz, sadəcə olaraq Rusiyanın özünün təhlükəsizliyini təmin etmək üçün tədbirlər görürük”, - deyə Putin bildirib.
Hərbi vəziyyətin inkişafı və dəyişməsi ilə Ukraynada hərbi əməliyyatların məqsədlərinin necə dəyişdiyi diqqətəlayiqdir. Əvvəlcə müharibənin məqsədləri Ukraynanın “demilitarizasiyası” və “denasifikasiyası” kimi təyin olunurdu. Artıq müharibənin başlanmasından iki həftə sonra Rusiya rəsmilərinin bəyanatlarından “demilitarizasiya” və “denasifikasiya” sözləri demək olar ki, yoxa çıxıb. Bu günlərdə xarici işlər naziri Sergey Lavrov bildirib ki, “Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ABŞ-ın qlobal hökmranlığa doğru kursuna son qoymaq üçün nəzərdə tutulub”.
Beləliklə, Rusiya-Ukrayna müharibəsinin daha geniş ümumavropa münaqişəsinə çevrilməsi ehtimalı artır. Və tərəflərin hər biri bunun üçün istənilən bəhanədən istifadə edə bilər. Məsələn, Ukrayna qüvvələrinin Odessada atdığı NATO-nun gəmi əleyhinə raketi Qara dəniz sahillərində Rusiyanın hərbi gəmisini batırsa və bu prosesdə kifayət qədər sayda dənizçi və dəniz piyadası həlak olarsa, Rusiya bu və ya digər formada cavab verə bilər. Yaxud, əgər Rusiya Polşa və ya Slovakiya kimi bir NATO ölkəsindən Ukraynaya gedən hərbi təchizat karvanını raket atəşinə tutarsa və sərhədin NATO tərəfində itkilər olarsa, bu, potensial olaraq NATO Nizamnaməsinin 5-ci maddəsini işə sala bilər və bütün ittifaq hücuma məruz qalan ölkənin müdafiəsi üçün ayağa qalxacaq. Ukraynada kimyəvi silahdan istifadənin təsdiqlənməsi də NATO-nun müharibəyə girməsinə səbəb ola bilər. Məsələn, Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippi Mariupolda kimyəvi hücumla bağlı xəbərlərdən sonra bildirib ki, bu barədə məlumat təsdiqlənərsə, ölkə “cavabın bütün variantlarını” nəzərdən keçirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Dekabr 13:25
Dünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36

