Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Analitik / İrəvanın təklifi hansı şərtlərlə qəbul edilə bilər?

İrəvanın təklifi hansı şərtlərlə qəbul edilə bilər?

16.04.2022 [10:55]

Proses Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilir

Pərviz

Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması üzrə prosesdə xüsusi nümayəndə qismində yer alan Sərdar Kılıç və Ruben Rubinyan növbəti dəfə görüşəcəklər. Görüşün tarixi dəqiq bəlli olmasa da, ünvan dəyişməyəcək - tərəflər münasibətlərinə Vyanada aydınlıq gətirəcəklər. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, İrəvan Ankaraya münasibətlərin normallaşması çərçivəsində diplomatik pasportu olan şəxslər üçün quru sərhədlərin açılmasını təklif edib.

Təbii ki, istər münasibətlərin normallaşması, istərsə də hansısa razılıqların əldə olunması üçün Ermənistan, ilk növbədə, Azərbaycanla sülh bağlamalıdır. Çünki Türkiyə birmənalı şəkildə bu prosesdə Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini açıqlayıb. Bir neçə gün öncə bununla bağlı açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirmişdi ki, rəsmi Ankara Brüssel görüşündə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaya mühüm önəm verir. Xüsusən Birgə Sərhəd Komissiyası və Azərbaycanın əvvəllər təklif etdiyi hərtərəfli sülh sazişi haqqında sazişə xüsusi diqqət ayrılır. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Cənubi Qafqazın sabitliyi üçün bütün ölkələr arasında münasibətlər normallaşdırılmalıdır. Lakin bununla belə, uzun müddət pozulmuş münasibətləri yoluna qoymaq, normallaşdırmaq asan deyil.

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Ramil Həsən bildirib ki, ötən ildən başlayaraq Ermənistan ilə Türkiyə arasında təmasların həyata keçirilməsi müəyyən məsələlər üzrə razılıqların əldə olunmasına yol açıb. Millət vəkilinin fikrincə, bu ilin yanvar və fevral ayında keçirilən görüşlər mühüm irəliləyişlərlə seçilib: “Keçirilən görüşlərdən sonra tərəflər arasında münasibətlərin formalaşması ilə bağlı bəzi razılaşmalar meydana çıxıb. Qarşılıqlı təyyarə reysinin açılması da buna misal ola bilər. Yanvarda Moskvada keçirilən görüşdən sonra diplomatik əlaqələrin qurulması və iki ölkə arasında sərhədlərin açılması ilə bağlı ümidverici fikirlər səslənmişdi. Ermənistan tərəfi münasibətlərin normallaşmasında maraqlıdır. Türkiyə tərəfi isə aparılan danışıqlarda Azərbaycanın maraqlarını nəzərə alacağını əvvəlcədən bəyan edib”.

Millət vəkili bildirib ki, bir neçə gün öncə xarici işlər naziri Mövlud Çavuşoğlu bu məsələ ilə bağlı AKP-nin toplantısında da öz fikirlərini bölüşüb. XİN başçısı vurğulayıb ki, Türkiyə bir müddətdir münasibətlərində problem yaşadığı qonşuları ilə münasibətlərin normallaşması üçün addımlar atılır. KİV-in yaydığı məlumata görə, bu sırada Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Misir və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində işlərin görülməsi gözlənilir. “Mart ayında Antalyada keçirilən Diplomatiya Forumunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Çavuşoğlu arasında keçirilən görüş münasibətlərin qurulması ilə bağlı prosesə yenidən canlanma gətirdi. Yəqin ki, qarşıdakı növbəti mərhələdə daha geniş məsələlərin həlli ilə bağlı müzakirələr aparılacaq. Bu istiqamətdə diplomatik statuslu şəxslərin ölkələrə giriş-çıxışı ilə bağlı məsələnin də müzakirə edilməsi gözlənilir. Hər bir halda Ermənistan anlamalıdır ki, Türkiyə ilə münasibətlərin normallaşması yolu Azərbaycanın tələblərinə riayət etməkdən keçir. Yeri gəlmişkən, cənab Çavuşoğlu da partiyasının toplantısında bu məsələ ilə bağlı məlumat verərkən, “Ermənistanla münasibətlərin yaxşılaşdırılması məsələsini Azərbaycanla koordinasiyalı şəkildə həyata keçiririk” şəklində ifadə edib. Bu, Ermənistan üçün də növbəti xəbərdaredici mesajdır”, - deyə R.Həsən əlavə edib.

Paylaş:
Baxılıb: 281 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31