Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

22.04.2024 [13:58]

Qazaxda 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi

“Yaşıllıq olmayan yerdə həyat yoxdur. Hər kəs iki ağac əkib böyütməlidir.” Bəli, bu müdrik kəlamlar Ulu Öndər, Dahi Rəhbər Heydər Əliyevə məxsusdur. Müasir, müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı, qurucusu və memarı Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmişdir. Bu gün bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin siyasəti Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. 

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Qazax rayonunda da silsilə tədbirlər davam etdirilir. Belə tədbirlərdən biri aprel ayının 22-də Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 120-dən artıq partiya fəallarının və könüllülərin iştirakı ilə Qazax rayonunun səfalı güşəsində, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux Ağa Qayıbovun xatirəsinə ucaldılmış “Təyyarə Abidə Kompleksi”nin ətrafında keçirildi. Aksiya iştirakçıları tərəfindən 500 ədəd – Sərv ağacı əkildi və suvarıldı.

Bununla da aksiya iştirakçıları ölkəmizdə həyata keçirilən ağacəkmə, yaşıllaşdırma işlərinə öz töhfələrini verərək, Ulu Heydər Əliyev ənənələrinə sadiq qaldıqlarını və Ümummilli Liderə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdirdilər.

Paylaş:
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Xəbər lenti

MEDİA

Xəbər lenti

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31