Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sərdar Cəlaloğlu niyə küsüb?

Sərdar Cəlaloğlu niyə küsüb?

14.10.2025 [10:38]

Son günlər siyasi yükü olmayan, amma özlüyündə maraq kəsb edən bir informasiya yayılıb - belə ki, ADP sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının sədri İsa Qəmbərlə görüşüb. İlk baxışdan burada qeyri-adi heç bir şey yoxdur - yola getməsələr də, bir-birlərinin paxırlarını açmaq üçün fürsət güdsələr də, daim bir-birilərini satqınlıqda ittiham etsələr də, eyni “cinahda” yer alan, zaman-zaman eyni “qabdan” maliyyələşən şəxslərin görüşü adi haldır. Amma Cəlaloğlu görüşlə bağlı verdiyi açıqlamada deyib ki, “Bir neçə partiyadan ibarət yeni birlik ideyası ilə bağlı Müsavat Partiyasının qərargahında görüş keçirmişik. Birliklə bağlı bütün təkliflərimizi Müsavat Partiyasının başqanı İsa Qəmbərə çatdırdıq. Amma o gündən sonra edilən təkliflərə sözügedən partiyadan cavab verilməyib. Yəni, ortada hələ heç nə yoxdur. Biz də sizlər kimi gözləyirik. Amma təkliflərimizin qəbul olunacağına ümidliyik”.

Təklifin qeyri-ciddi olmasını ilk anlayan elə onu səsləndirən şəxsdir. Başqa sözlə, Sərdar Cəlaloğlu hansı birlik yaratmaq “şövqündədir”? Bu açıqlamaya soyuq başla yanaşdıqda ortaya bir çox ehtimallar çıxır:

1. Özündən və 3-5 ətrafındakılardan ibarət ADP-nin sədri Sərdar Cəlaloğlu bilmirmi ki, “Müsavat” da eyni gündədir - orada bir İsa Qəmbərin özü, bir də “silueti” qalır...

2. Deyir ki, “Ortada heç nə yoxdur” - bu fikir informasiyada yeganə həqiqətdir. Nəinki ortada, ümumiyyətlə onlarda heç nə və ya heç kim yoxdur. Belə çıxır ki, ya Sərdar Cəlaloğlu Müsavat Partiyasına qarşı yenidən hansısa kompramat hazırlayır (bu partiyanın heç bir gücünün olmadığını tam şəkildə hər kəsə göstərmək üçün), ya da...

Sərdar Cəlaloğlunun “yeni müxalifət birliyi” “ideyası”nın mayasında nə dayanır? Açıq bəllidir ki, ADP sədri belə bir informasiyanı dövrəyə buraxmaqla nə isə “istəyir” - bu, ya şəxsi istək ola bilər, ya da “partiyası üçün” irəli sürülən istək ola bilər. Digər tərəfdən, Cəlaloğlunun özünün və partiyasının hakimiyyətlə münasibətləri bəllidir - onlar ümummilli həmrəylik prosesində yer alırlar. Bəs, indi bu “yeni birlik” ideyası hansı “ağrının” sancısıdır? Sərdar Cəlaloğlu bu “yeni birlik” ideyası isə “kisəsinə” nə qoymaq fikrindədir?

Özü özünə gözündə bir az “iri” görünən Sərdar Cəlaloğlu anlamalıdır ki, gündə 1 İsa Qəmbərlə yox, lap 5 İsa Qəmbərlə də görüşsə də, ayda 1 dəfə yox, gündə 5 dəfə oturub müzakirə aparsa da, 100 birlik yaratsa da, heç nə əldə edə bilməz - onun və danışıq apardığı şəxslərin ictimai fikrə təsiri sıfırın da altındadır.

Ümumiyyətlə, Sərdar Cəlaloğlu əvvəllər də özünün bəzi qeyri-standart açıqlamaları ilə “gündəmə” gəlmişdi. Bir müddət öncə onun ulu babasının “erməni olması” ilə bağlı yayılan sənəd haqqında açıqlama verərkən demişdi ki, “mənim ulu babamın erməni olmasının mənə nə dəxli var?”. Düzdür, Cəlaloğluna ünvanlanmasa da, ortaya ritorik sual çıxır - bəs bunun kimə dəxli var...

İndiki halda isə, Sərdar Cəlaloğlunun mesaj xarakterli “yeni birlik ideyası” barədə informasiyası qeyri-peşəkar, qeyri-real və qeyri - adekvatdır. Qarabağın azadlığı, Azərbaycanın beynəlxalq aləmdəki yeni və möhtəşəm yeri, ölkəmizin əldə etdiyi inkişaf, regional lider kimi ön planda dayanması Cəlaloğlu və onun kimilərinin “yeni birlik” ideyasının “köhnə metod”la işləməsinin açıq və faktoloji sübutudur...

MƏNSUR

Paylaş:
Baxılıb: 24 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

Dostluğun təntənəsi

13 Oktyabr 14:51

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31