Heydər Əliyev – Azərbaycan Konstitusiyasının Müəllifi
12.11.2025 [15:10]
Müasir Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin dərin zəkası və uzaqgörən siyasəti ilə sıx bağlıdır. O, milli qurtuluşun və tərəqqinin əsasını qoyaraq xalqın qəlbində əbədi yer qazanmışdır. Heydər Əliyev şəxsiyyəti müdriklik, vətənpərvərlik və fədakarlıq nümunəsidir. Onun ideyaları bu gün də Azərbaycanı parlaq gələcəyə aparan yolun bünövrəsidir.1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası xalqımızın tarixində dönüş nöqtəsi oldu. Lakin bu, eyni zamanda çox mürəkkəb və ziddiyyətli bir dövrün başlanğıcı idi. Yeni müstəqil dövlətin qarşısında duran ağır vəzifələr, idarəetmədə yol verilən kobud səhvlər, siyasi təcrübəsizlik və iqtisadi tənəzzül ölkəni dərin böhrana sürükləmişdi. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğalı, daxildə milli həmrəyliyin pozulması, separatizm meyillərinin artması, vətəndaş qarşıdurması təhlükəsinin yaranması Azərbaycanın dövlət müstəqilliyini real təhlükə altına salmışdı. Ulu Öndər Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, millətin taleyini öz üzərinə götürdü. Böyük dövlətçilik təcrübəsi, uzaqgörən siyasəti, sarsılmaz iradəsi və xalqın etimadına söykənən qətiyyəti sayəsində o, ölkəni xaosdan xilas etdi, vətəndaş müharibəsinin qarşısını aldı, sabitlik və təhlükəsizlik mühitini bərpa etdi. Ulu Öndər Heydər Əliyev xalqı Azərbaycançılıq ideyası ətrafında birləşdirərək müstəqil dövlətimizin möhkəm əsaslarını qoydu. Onun rəhbərliyi ilə dövlət quruculuğunun bütün istiqamətlərində fundamental islahatlar həyata keçirildi, Azərbaycanın beynəlxalq nüfuzu möhkəmləndi, ölkəmiz sabit inkişaf yoluna qədəm qoydu. Azərbaycan Respublikasının müstəqillik tarixində ən mühüm hadisələrdən biri 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu mühüm sənədin hazırlanması və qəbul olunması isə birbaşa Ulu Öndər Heydər Əliyevin dövlətçilik sahəsindəki uzaqgörən siyasətinin, müdrik rəhbərliyinin nəticəsidir.1995-ci il mayın 2-də Milli Məclisin 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi altında yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiqləndi. Komissiyaya dövlət hakimiyyətinin nümayəndələri, tanınmış elm və ictimai-siyasi xadimlər daxil idi. Ulu Öndər Heydər Əliyev layihənin hər bir müddəasını şəxsən nəzərdən keçirərək, onun mükəmməl şəkildə hazırlanması və xalq müzakirəsinə çıxarılması üçün böyük əmək sərf etmişdir.1995-ci il iyunun 5-də Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın ilk iclasında Ümummilli Lider Heydər Əliyev çıxış edərək bildirmişdi ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması ölkəmizin tarixində mühüm hadisədir. O, vurğulamışdı ki, Konstitusiya yaradılarkən həm tarixi keçmişimizə, həm də ümumbəşəri dəyərlərə və demokratik dövlətlərin təcrübəsinə əsaslanmaq vacibdir.Ulu Öndər Heydər Əliyev çıxışında yeni Konstitusiyanın mahiyyətini izah edərək bildirmişdi ki, Konstitusiya dövlətlə xalq arasındakı münasibətləri əks etdirməli, hakimiyyətin bütün qolları xalqın iradəsinə və seçkilər yolu ilə formalaşan prinsiplərə əsaslanmalıdır.1995-ci il oktyabrın 3-də yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın iclasında Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, hazırlanacaq əsas qanun müstəqil Azərbaycanın dövlət suverenliyini əks etdirməli, onun əbədiliyini təmin etməlidir. O vurğulamışdır ki, yeni Konstitusiya demokratik prinsiplərə əsaslanmalı, dünya təcrübəsindən bəhrələnməklə yanaşı, milli və tarixi dəyərlərimizi özündə cəmləməlidir. Heydər Əliyev qeyd etmişdir: “Biz Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qururuq.” Yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildən qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixindəki əhəmiyyətini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin 1 noyabr 1996-cı il tarixli Fərmanına əsasən, hər il 12 noyabr Konstitusiya Günü kimi qeyd olunur.1995-ci ildə Əsas Qanunun qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Yeni Konstitusiyanın qəbulu eyni zamanda, ölkəmizin inkişafının prinsipcə tamamilə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, müstəqillik illərində əldə olunan nailiyyətlərin hüquqi fundamenti qismində çıxış etdi. Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində bir sıra mühüm əlavə və dəyişikliklər edilmişdir. İlk dəfə 2002-ci ildə aparılan dəyişikliklərə olan ehtiyac ölkədə bir çox sahələrdə sürətlə gedən nəzərəçarpan inkişafla bağlı yaranmışdır.Azərbaycan Respublikası Konstitusiyasının mətninə 24 avqust 2002-ci il tarixli referendumla edilmiş əlavə və dəyişikliklər hüquq sisteminin təkmilləşdirilməsinə xidmət etmiş, eyni zamanda Əsas Qanunun mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.Ümumilikdə qeyd etmək olar ki, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər demokratik prinsiplərin və dəyərlərin gücləndirilməsinə, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunmasına xidmət edir. Bu islahatlar hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin möhkəmləndirilməsini, demokratikləşmə proseslərinin dərinləşdirilməsini və insan hüquqlarının daha effektiv qorunmasını təmin edir.Dövlətimizin Əsas Qanunu qəbul edildikdən sonra 1998-ci ildə konstitusiya nəzarəti orqanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlamış, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir.Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu Konstitusiya xalqımızın suverenliyini, dövlət müstəqilliyini və milli birliyini təmin edən ən ali sənəd kimi bu gün də öz aktuallığını qorumaqdadır. Bu baxımdan, Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi qiymətləndirilir. O, müstəqil dövlətin hüquqi təməlini qoyaraq Azərbaycanı gələcəyə inamla aparan möhkəm əsaslar yaratdı. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi, siyasi və mənəvi əsaslarını müəyyən edən ən ali sənəddir. O, həm ümumbəşəri dəyərlərə, insan haqlarına, demokratiya prinsiplərinə, həm də xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənir. Bu baxımdan Konstitusiyamız həm milli, həm də universal dəyərlərin vəhdətini özündə təcəssüm etdirir. Konstitusiyamızda insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi, hakimiyyət bölgüsü, dövlət suverenliyi kimi prinsiplər əsas yer tutur. Bu prinsiplər ümumbəşəri dəyərlərin bariz ifadəsidir. Eyni zamanda, sənəddə milli dəyərlərimizə, ailə institutuna, mənəvi irsimizə və dilimizə xüsusi önəm verilməsi onun Azərbaycan xalqının tarixindən, milli kimliyindən qaynaqlandığını göstərir. Bu gün Konstitusiyamız cəmiyyətimizin sosial-siyasi inkişafının, dövlət idarəçiliyinin, vətəndaşların rifahının təminatında mühüm rol oynayır. O, dəyişən zamanın tələblərinə uyğun şəkildə inkişaf edir və müasir dövrün reallıqlarını əks etdirir. Məhz buna görə də Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutaraq, hüquqi, demokratik və sosial dövlət quruculuğu yolunda inamla irəliləyir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası həm xalqımızın milli ideallarını, həm də ümumbəşəri prinsipləri birləşdirən mükəmməl hüquqi əsasdır. O, dövlətimizin sabitliyinin, cəmiyyətin inkişafının və hər bir vətəndaşın hüquqlarının təminatçısı kimi daim dəyərlidir və əbədi olaraq müstəqil Azərbaycanın inkişaf yoluna işıq salır.Ulu Öndər bizə əbəs yerə heç bir halda və heç bir zaman doğru və düz yoldan dönməməyimizi, vətənimizi qorumağı və sevməyi nəsihət etməmişdir: "Hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Torpağımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan vətəndaşının borcudur".İndi hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu hüquqi və ideoloji yol ölkəmizi daha güclü, ədalətli və müasir dövlətə çevirmişdir.Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasının konstitusiya quruculuğu sahəsində mühüm islahatlar həyata keçirmişdir. Cənab Prezident ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunu möhkəmləndirmək, qanunun aliliyini təmin etmək və vətəndaşların hüquq və azadlıqlarını qorumaq istiqamətində sistemli iş aparmışdır. Bu islahatlar çərçivəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər dövlətin səmərəli idarə olunmasını, hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsini və cəmiyyətin bütün sahələrində şəffaflığın təmin edilməsini məqsəd qoymuşdur. Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, Azərbaycanın demokratik dəyərlərə əsaslanan, hüquqi dövlət prinsipləri ilə idarə olunan ölkəyə çevrilməsində əsaslı rol oynamışdır. Ümummilli Lider Heydər Əliyevin siyasi məktəbindən yetişən Prezident İlham Əliyev 22 ildə özünü islahatçı, etibarlı tərəfdaş, sözünə sadiq lider və Müzəffər Ali Baş Komandan kimi təsdiqlədi. O, xalqının arzularını həyata keçirən, dövlətinin maraqlarını ən ali məqsəd sayan bir qurucu və birləşdirici liderdir. ”Ulu Öndər Heydər Əliyevin arzu və vəsiyyətini gerçəkləşdirərək, Prezident İlham Əliyev Azərbaycanı xilaskarlıq və rifah yolunda irəlilətmişdir. Ümummilli Liderimizin müəyyən etdiyi strateji kursun davam etdirilməsi nəticəsində Prezident İlham Əliyev ölkəmizi Qalib Ölkəyə çevirmiş, iki əsrlik Qarabağ münaqişəsinə dəmir yumruqla son qoymuşdur.Bu tarixi qələbə yalnız torpaqlarımızın işğaldan azad olunması ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın dövlət suverenliyinin bərpasını və ərazi bütövlüyünün möhkəmlənməsini təmin edir. İndi artıq azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrimizdə üçrəngli bayrağımız ucalır, konstitusiyamızın təsbit etdiyi bütün hüquqlar və suverenlik prinsipləri bütün ərazilərimizdə qüvvəyə minmişdir.
Bu qələbə Azərbaycan dövlətçiliyinin möhkəmliyinin, xalqımızın birliyinin və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin bariz nümunəsidir. Qarabağ və Şərqi Zəngəzur artıq yenidən inkişafın, sülhün və firavanlığın simvoluna çevrilmişdir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24

