Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dövlət idarəçiliyində etimad və məsuliyyət

Dövlət idarəçiliyində etimad və məsuliyyət

13.11.2025 [17:14]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabr ayının 12- də yeni təyin edilmiş bir sıra icra başçılarını qəbul edib. Görüş zamanı dövlət başçısı çıxış edərək, ölkədə idarəetmə sisteminin təkmilləşdirilməsi, yerlərdə şəffaf və məsuliyyətli fəaliyyətin təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması ilə bağlı mühüm tapşırıqlar verib.

Prezident İlham Əliyev bildirib ki, icra başçısı vəzifəsinə təyinat böyük etimaddır və hər bir məmur bu etimadı əməli fəaliyyəti ilə doğrultmalıdır:

“Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir və əminəm ki, bu etimadı doğruldacaqsınız.”

Dövlət başçısı qeyd edib ki, icra başçılarının əsas vəzifəsi bölgələrdə insanların rifahına, sosial təminatına və həyat şəraitinin yaxşılaşdırılmasına xidmət göstərməkdir.

“İcra başçısı xalqa xidmət etməlidir. Xalqdan uzaq düşən, vətəndaşın dərdini, qayğısını dinləməyən şəxs bu vəzifəyə layiq deyil.”

Prezident İlham Əliyev  vurğulayıb ki, hər bir dövlət qulluqçusu özünü xalqın xidmətçisi kimi aparmalı, vətəndaşların etimadını qazanmalıdır.

Dövlət başçısı çıxışında idarəetmədə şəffaflığın və ədalətin qorunmasının vacibliyinə də toxunub.Cənab Prezidentin  sözlərinə görə, icra strukturlarında baş verən hər bir qanunsuzluq dövlətin nüfuzuna zərbədir və belə hallara qarşı qəti tədbirlər görüləcək: “Korrupsiya və rüşvətxorluq kimi hallara qarşı mübarizə prinsipial şəkildə aparılır. Kim bu prinsiplərə zidd addım atacaqsa, məsuliyyətə cəlb olunacaq.”

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, rəhbər şəxslər öz davranışlarında təvazökar olmalı, sadəlik nümayiş etdirməlidirlər:

“Rəhbər vəzifədə çalışan hər bir şəxs və onun yaxınları elə davranmalıdırlar ki, dövlətin adına kölgə salınmasın.”

Prezident İlham Əliyev çıxışında regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayıraraq bildirdi ki, son illər həyata keçirilən proqramlar sayəsində bütün bölgələrdə abadlıq, infrastruktur və sosial layihələr geniş vüsət alıb.

“Hər bir Azərbaycan vətəndaşı görür ki, bölgələrdə inkişaf, abadlıq və quruculuq işləri genişlənir. Ancaq biz bu nailiyyətlərlə kifayətlənməməliyik.”

Dövlət başçısı, yeni icra başçılarının qarşısında duran əsas vəzifələrdən birinin bölgələrdə bu inkişafı davam etdirmək, vətəndaşların sosial rifahını artırmaq və yerli problemləri operativ şəkildə həll etmək olduğunu vurğulayıb.

Prezident İlham Əliyev icra başçılarına tövsiyə edib ki, onlar daim vətəndaşlarla birbaşa təmasda olmalı, bölgələrdə yaşayan insanların qayğılarını şəxsən dinləməlidirlər.

“Siz kabinetlərdə oturmamalısınız. Hər gün insanlar arasında olmalı, onların problemlərini yerində öyrənməli və həlli üçün operativ tədbirlər görməlisiniz.”

Dövlət başçısı qeyd edib ki, məhz vətəndaşla yaxınlıq, ictimai etimadın qorunması və səmimiyyət idarəetmənin dayanıqlığını təmin edən əsas amillərdəndir.

Prezident İlham Əliyevin çıxışı yeni təyin edilmiş icra başçıları üçün həm bir xəbərdarlıq, həm də inam mesajı oldu. Dövlət başçısının sözlərinə görə, hər bir rəhbər şəxs ölkədə aparılan islahatların fəal iştirakçısına çevrilməli, “etimadın şərəfini əməli fəaliyyətlə” qorumalıdır.

Bu qəbul dövlət idarəçiliyində yeni mərhələnin – məsuliyyətli, şəffaf və vətəndaş yönümlü idarəetmənin möhkəmləndirilməsinə xidmət edir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30