Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Polşa iki il ərzində PUA-lara qarşı müdafiə sistemi yaratmağı planlaşdırır

Polşa iki il ərzində PUA-lara qarşı müdafiə sistemi yaratmağı planlaşdırır

28.12.2025 [10:25]

Polşa iki il ərzində ölkənin şərq sərhədində pilotsuz uçuş aparatlarına (PUA) qarşı yeni müdafiə sisteminin yaradılmasını başa çatdırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik “The Guardian” qəzetinə verdiyi müsahibədə bildirib.

“Sistemin ilkin imkanlarından təxminən altı ay ərzində, bəlkə də daha tez istifadə edə biləcəyimizi gözləyirik. Sistemin tam şəkildə istifadəyə verilməsi isə 24 ay çəkəcək”, – deyə o qeyd edib.

Tomçikin sözlərinə görə, yeni hava hücumundan müdafiə sistemləri on il əvvəl inşa edilmiş mövcud müdafiə xəttinə inteqrasiya olunacaq. O bildirib ki, bu müdafiə xətti çoxqatlı olacaq və pulemyotlar, artilleriya qurğuları, raketlər, eləcə də dronlara qarşı radioelektron maneə sistemləri kimi müxtəlif müdafiə vasitələrini əhatə edəcək.

Qəzetin mənbələrinə istinadən verdiyi məlumata görə, layihənin dəyəri təxminən 2 milyard avro təşkil edəcək.

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31