/ / YAP Göygöl rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bir qrup partiya veteranları ilə görüş keçirib
YAP Göygöl rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bir qrup partiya veteranları ilə görüş keçirib
13.03.2026 [15:30]
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının inzibati binasında yubiley yaşı tamam olan bir qrup partiya veteranları ilə görüş keçirilib.
Görüş zamanı YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının bütün üzvlərinin hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirdiyini, partiyaya bağlılıqlarını əməli fəaliyyətləri ilə təsdiq etdiklərini, xüsusilə partiya veteranlarının rayon təşkilatının fəaliyyətində və həyata keçirilən tədbirlərdə, eyni zamanda rayonun ictimai-siyasi və mədəni həyatında hər zaman yüksək fəallıq nümayiş etdirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, partiyaya sədaqətlə və vicdanla xidmət etmək böyük məsuliyyət olmaqla yanaşı, ən ali fədakarlıqdır və YAP sıralarında fəaliyyət göstərmək dövlətçiliyə, milli maraqlara və ümummilli ideallara sədaqətin bariz ifadəsidir. Rayon təşkilatının sədri yubiley yaşları tamam olan partiya veteranlarını yubileyləri münasibətilə təbrik edərək onlara səmimi və xoş arzularını bildirib.
Sonra Partiya veteranlarından, rayon ağsaqqalı Azadxan Haqverdiyev, Qərbi Azərbaycan İcması Göygöl rayon nümayəndəliyinin rəhbəri Hamlet Ömərov, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Ələddin Qurbanov, Ofeliya Rəhimova və Mətləb Hüseynov çıxış edərək partiyanın yarandığı ağır və çətin dövrlərdən bəhs edərək həmin illərdə ölkəmizin üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyəti diqqətə çatdırıblar. Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaradılmasının xalqın xilası və dövlətçiliyimizin qorunması baxımından tarixi zərurət olduğu, Ümummilli Liderin ətrafında sıx birləşən ziyalıların və vətənpərvər insanların qətiyyəti nəticəsində partiyanın qısa müddətdə xalqın etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrildiyi və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına və milli maraqların qorunmasına mühüm töhfələr verdiyi bildirilib.
Görüşdə yubiley yaşları tamam olan partiya veteranları Ələkbər Hüseynova, Nəbican Əliyevə və Adil Qarayevə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Yubilyarlar Ümummilli Lider Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını bildiriblər və onlara göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

