Xankəndinə aparan yolda “BİRİNCİ POST”...
24.04.2026 [08:17]
Laçın postu suverenliyin bərpasında ilk addım idi
Laçın yolunda qurulan nəzarət postunun üzərindən keçən üç il, təkcə zaman ölçüsü deyil - bu, dövlət iradəsinin, strateji səbrin və ardıcıl siyasətin konkret nəticəyə çevrildiyi bir mərhələnin simvoludur. Uzun illər boyunca Ermənistanın işğal siyasəti və təcavüzü nəticəsində regionda formalaşmış qeyri-müəyyənlik, hüquqi boşluqlar və faktiki nəzarətsizlik mühiti, məhz bu addımla sistemli şəkildə aradan qaldırılmağa başladı. Laçın yolu artıq sadəcə coğrafi keçid deyil, suverenliyə gedən yol, dövlət sərhədlərinin real məzmun qazandığı bir məkana çevrildi.
Bu proses birdən-birə baş vermədi. Yolun nəzarətə götürülməsi, burada keçirilən aksiyalar və ardıcıl şəkildə atılan digər addımlar bir-birini tamamlayan strateji mərhələlər idi. Xüsusilə ekoloji fəalların aksiyaları beynəlxalq diqqəti regiona yönəltməklə yanaşı, qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması zərurətini də gündəmə gətirdi. Bu aksiyalar yalnız ictimai təşəbbüs kimi deyil, həm də dövlət maraqları ilə uzlaşan və hüquqi əsaslara söykənən bir vətəndaş mövqeyinin ifadəsi kimi yadda qaldı.
Laçın yolunda dövlət postunun qurulması isə bu prosesin kulminasiya nöqtəsi oldu. Bu addım Azərbaycanın öz ərazisində suveren hüquqlarını tam şəkildə bərpa etdiyini nümayiş etdirdi. Artıq ölkə sərhədləri formal xəritə anlayışından çıxaraq real nəzarət mexanizmləri ilə təmin olundu. Bu isə həm daxili təhlükəsizliyin möhkəmləndirilməsi, həm də regionda uzunmüddətli sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Azərbaycan qanunun aliliyinin təmin olunması üçün qəti addımlar atdı...
Beləliklə, 2023-cü ilin 23 aprelində Azərbaycan özünün müstəqillik tarixinin ən əhəmiyyətli, ən tarixi və ən vacib addımlarından növbətisini atdı - bütün yol üzrə ermənilərin təxribatçı hərəkətlərinin qarşısı alındı, eyni zamanda, ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Mahiyyətinə, xarakterinə, yerləşdiyi coğrafyaya, əhəmiyyətinə və vacibliyinə görə “BİRİNCİ POST” ünvanı qazanan Laçın dövlət sərhəd-buraxılış məntəqəsi hər zaman havadarlarına güvənərək qeyri-qanuni həyat tərzi seçmiş, sürmüş və bu qeyri-qanuni fəaliyyəti artıq özünün həyat fəlsəfəsinə çevirmiş Ermənistanı, onu dəstəkləyən Qərbi və nəhayət həmin dövrdə artıq “son günləri”ni yaşayan separatçıları beynəlxalq hüquqa hörmət etməyə növbəti çağırış idi. Azərbaycan hər zaman olduğu kimi, regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımları seçilmişdi. Dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması suveren hüquqlarımız çərçivəsində idi - Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın dövlət sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edirdi. Orada müvafiq hüquqi prosedur qaydaları tətbiq olunurdu. Bütün dünya Azərbaycanın beynəlxalq hüquqa, qanunlara söykənən uğurlu addımlarını həsədlə izləyirdi - Azərbaycan özünün Qərb sərhəddinə son 200 ildə ilk dəfə idi ki, özü nəzarət edirdi. Eyi zamanda, Laçın postu Azərbaycanın ərazi bütövluyünün rəsmi təsdiqi idi - bu post separatizmin, erməni faşizminin başının tam əzilməsi üçün ən real və təsiredici mexanizmə çevrildi.
“Bir nömrəli” postdan üzü Xankəndinə...
Bütün bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və qətiyyətli siyasətinin real nəticəsi idi. Dövlət başçısının rəhbərliyi ilə müəyyən edilən siyasi kurs, milli maraqları əsas götürərək, dövlət suverenliyinin tam bərpasını prioritet istiqamət kimi formalaşdırdı. Laçın yolu ətrafında baş verənlər də məhz bu strateji baxışın ortaya çıxardığı mühüm situasiyanın başlanğıcı kimi dəyərləndirilməlidir. Laçın postu dövlət qarşısında “bir nömrəli post” statusu qazanmaqla gələcək zəfərlərin açarı rolunda çıxış etdi. 2023-cü ilin aprelindən başlanan bu yol sentyabrda tariximizdə yeni bir səhifə açdı. Sentyabrın 19-da başlanan və cəmi 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində separatizm yuvası darmadağın edildi. Dövlətimiz özünün şərtlərini bəyan etdi: antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Bildirilirdi ki, əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək. Erməni terrorçuları irəli sürülən şərtlərlə təslim oldular. Sentyabrın 19-dan sentyabrın 20-si günün birinci yarısına qədər davam edən lokal antiterror tədbirləri Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin silahı yerə qoyub və təslim olmaları ilə dayandırıldı. Məhz Laçın postunun qurulması bu böyük uğura yol açdı.
İşıqlı gələcəyin təməli...
Artıq Ermənistan ilə Azərbaycan arasında yeni bir mərhələ - sülh prosesi yaşanmaqdadır. Ötən ilin avqustundan beynəlxalq səviyyədə təsdiqlənən bu proses bölgə üçün yeni bir gələcək vəd edir. Rəsmi İrəvanın sazişi imzalaması ilə Cənubi Qafqaz özünün yeni perspektivlərini elan edəcək. Bütün bu reallıqların banisi, memarı Azərbaycan dövləti və dövlətimizin Prezidentidir - Laçın yolu isə bu işıqlı gələcəyin təməlidir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16

