Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11.05.2026 [21:14]
Dünyanın bir sıra aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar. Materiallarda dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Avropa İttifaqının missiyası və Qərb ölkələrinin regiona münasibəti ilə bağlı səsləndirdiyi əsas bəyanatlara, eləcə də işğaldan azad edilən ərazilərin bərpası, Zəngilanda aqrar və infrastruktur layihələrinin inkişafı ilə bağlı fikirlərinə yönəldilib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın RBK, “Vedomosti”, “Rossiyskaya qazeta”, “İzvestiya”, RT, REGNUM, “Komsomolskaya pravda”, “Moskovski komsomolets”, “Vzqlyad”, RTVI, Life, URA.RU, Lenta.ru, “Arqumentı i faktı” və digər nəşrləri dövlət başçısının İrəvanda keçirilən sammit zamanı Avropa liderlərinin səsləndirdiyi bəyanatları “boş söz” adlandırması ilə bağlı fikirlərinə geniş yer veriblər. Media orqanları, həmçinin Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçilərini tənqid etməsinə diqqət yetiriblər.

Rusiya mediası Prezident İlham Əliyevin Aİ missiyasının real effektivliyini şübhə altına aldığını vurğulayaraq, Avropa müşahidəçilərinin ilk ciddi təhlükə zamanı ərazini tərk edəcəkləri ilə bağlı fikirlərini ön plana çıxarıb. Bir sıra nəşrlər dövlətimizin başçısının regionda sülhün müəllifi və təminatçısının məhz Azərbaycanın olması barədə bəyanatını xüsusi qeyd ediblər.
Nəşrlər, həmçinin Prezident İlham Əliyevin regional təhlükəsizlik və postmüharibə nizamlanması məsələləri ilə bağlı mövqeyini geniş işıqlandıraraq, Bakının Cənubi Qafqazda sabitliyi müstəqil şəkildə təmin etmək imkanlarına malik olduğunu vurğulayıblar. Materiallarda dövlət başçısının bəyanatlarının Rusiya media məkanında geniş rezonans doğurduğu və günün ən çox müzakirə olunan mövzularından birinə çevrildiyi qeyd olunur.
Türkiyə mətbuatı da Prezident İlham Əliyevin Zəngilan səfərini diqqətdə saxlayıb. “Haber Global” kanalı Prezident İlham Əliyevin şəhərin ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü barədə material yayıb. Nəşrdə dövlətimizin başçısının Ümummilli Lider Heydər Əliyevin işğal altında olan torpaqların azad edilməsi ilə bağlı vəsiyyətinin yerinə yetirildiyi barədə sözləri təqdim olunur.
“Bursa Hakimiyet” də dövlətimizin başçısının Zəngilandakı çıxışına diqqət ayırıb. Materialda bildirilir ki, İlham Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında, vətəndaş qarşıdurmasının dayandırılmasında və sabitliyin təmin olunmasında rolunu xatırladıb. Bu isə sonradan ölkənin ərazi bütövlüyünün bərpasında mühüm rol oynayıb.
Zəngilanın bərpası və inkişafı mövzusunu “Anadolu” agentliyi davam etdirib. Dövlətimizin başçısının sözlərinə görə, Zəngilanda yaradılan “Dost Agropark” işğaldan azad edilən ərazilərdə ilk kənd təsərrüfatı müəssisəsidir.

Regiondakı nəqliyyat layihələrinə toxunan Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə - təxminən bir il və ya il yarımdan sonra Bakıdan Zəngilana dəmir yolu ilə getmək mümkün olacaq.
“Son Dakika” da Zəngilanda kənd təsərrüfatı və bərpa işləri barədə material yayıb. Nəşrdə qeyd olunur ki, Prezident İlham Əliyev şəhərin ilk yaşayış kompleksinə köçən ailələrə açarlar təqdim edib, həmçinin mənzil layihələrinin icrası və aqroparkın inkişafı barədə danışıb.
Gürcüstanın aparıcı informasiya portalları, televiziyaları da Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar.
Interpressnews.ge, bpn.ge, kvira.ge, exclusivenews.ge, mix.metronome.ge, palitranews.ge, palitranews.ge, timer.ge, newshub.ge portalları, 1tv.ge televiziya kanalı və televiziyası, eləcə də rustavi2.ge televiziyası Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mövqeyi və Ermənistan ilə bağlı fikirlərinə geniş yer ayırıb. Gürcü mətbuatı dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçiləri ilə bağlı tənqidi fikirlərini də oxuculara çatdırıb.

Belarusun “Sputnik Belarus” nəşri Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki müşahidə missiyası ilə bağlı sözlərinə diqqət çəkib. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Bakının “Ermənistanı məhv etmək və ya onun müstəqilliyini əlindən almaq” niyyəti olmayıb. Bununla yanaşı, Prezident İlham Əliyev vurğulayıb ki, avropalı müşahidəçilər elə davranırlar ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar, halbuki buna heç bir ehtiyac yoxdur.
Qazaxıstanın Lada.kz nəşri də bu mövzunu davam etdirərək, Azərbaycan Prezidentinin Avropa İttifaqının müşahidə missiyasını tənqid etməsinə dair material yayıb. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Avropa İttifaqının nümayəndələri sadəcə təhlükəsizlik görüntüsü yaradırlar, halbuki Bakı tərəfindən real təhlükə yoxdur.
Almaniyanın NEX24 nəşri də eyni mövzunu işıqlandıraraq yazır ki, İlham Əliyev Avropa İttifaqının Ermənistandakı müşahidəçilərini tənqid edib. Materialda dövlətimizin başçısının Ermənistanı Azərbaycandan qorumağa ehtiyac olmadığı barədə fikirləri də yer alıb.
Farsdilli Khabar Nab və Khabarpu portalları Ermənistandakı siyasi qüvvələr mövzusuna toxunublar. Materiallarda Prezident İlham Əliyevin Ermənistan cəmiyyətində Azərbaycana nifrət bəsləyən qüvvələrə münasibətdə ayıq-sayıq olmağa çağırışı yer alıb. Khabar Nab, həmçinin dövlət başçısının Azərbaycan torpağının hər qarışının Azərbaycan xalqına məxsus olması barədə sözlərini təqdim edib.
“Shafaqna” beynəlxalq informasiya agentliyinin farsdilli versiyası da Azərbaycan Prezidentinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə bağlı bəyanatlarına diqqət ayırıb. Materialda bildirilir ki, dövlət başçısı Ermənistanla sərhəd boyunca fəaliyyət göstərən Aİ müşahidəçilərini tənqid edərək, onların elə davrandıqlarını bildirib ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

