Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

15.06.2026 [23:36]

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp vitse-prezident Cey.Di.Vensin İranla sülh sazişinin imzalanması üçün Cenevrəyə səfər edəcəyini bildirib.

AZƏRTAC-ın məlumatına görə, bunu o, Fransa Prezidenti Emmanuel Makronla görüş çərçivəsində jurnalistlərin sualına cavabında deyib.

Tramp Vensin imzalanma mərasimində xüsusi olaraq iştirak edəcəyini, onun isə G7 sammitindəki cədvəldən asılı olaraq Cenevrəyə səfər edib-etməyəcəyinin müəyyənləşəcəyini diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, Hörmüz boğazı artıq qismən açılıb və gəmilər yola düşməyə başlayır.

“Hörmüz boğazı cümə günü tam açılacaq. Düşünürəm ki, Yaxın Şərqdə bir çox gözəl şeylər baş verəcək. Ən əsası, neft kəskin aşağı düşür və fond bazarı raket kimi yüksəlir. Əsas məsələ odur ki, İranın nüvə silahı olmayacaq”,- deyə Tramp əlavə edib.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30