Astronomlar “qara dəlik ulduzu” kəşf ediblər
13.08.2026 [23:55]
Beynəlxalq tədqiqat qrupu ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) “James Webb” kosmik teleskopu tərəfindən əldə edilən fotoşəkillərdən birində görünən və “MoM-BH*-1” adlı parlaq qırmızı şüalanma yaradan obyekt üzərində ətraflı tədqiqatlar aparıb.
AZƏRTAC NASA-nın məlumatına istinadla xəbər verir ki, kompüter simulyasiyasından istifadə edən alimlər obyektin nüvə birləşməsi yolu ilə enerji yaradan nəhəng bir ulduz olmadığını müəyyən ediblər. Onlar Günəş sistemimizin ölçüsündə olduğu təxmin edilən həmin obyektin sıx qaz təbəqəsi ilə əhatə olunmuş qara dəlik ola biləcəyi fərziyyəsini irəli sürüblər.
Astronomlar sıx qaz buludu səbəbindən kosmik obyektin xaricdən baxıldıqda ulduz kimi işıq saçdığını vurğulayıblar. Nəhəng ulduza bənzəməsinə baxmayaraq, onun məlum olan hər hansı bir ulduzun hasil edə biləcəyindən təxminən 100 milyard dəfə çox enerji yaydığı müəyyən edilib.
Alimlər bildiriblər ki, Yer kürəsindən milyardlarla işıq ili məsafədə yerləşən obyektin Böyük Partlayışdan təxminən 660 milyon il sonra əmələ gəldiyi təxmin edilir.
Tədqiqatın aparıcı müəllifi Massaçusets Texnologiya İnstitutunun (MIT) Astrofizika və Kosmik Tədqiqatlar İnstitutunun astronomu Rohan Naydu bildirib: “Astrofizika sahəsində yeni bir obyekt növü, “qara dəlik ulduzu” kəşf etdik”.
O əlavə edib ki, “qara dəlik ulduzu” kimi təsvir etdikləri obyekt öz analoqları ilə əlaqəli səviyyədə enerji yayır, eyni zamanda, ulduzlara xas olan bəzi xüsusiyyətləri nümayiş etdirir.
Tədqiqatın nəticələri “Nature” elmi jurnalında dərc olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52

