Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan ilə İran arasında əlaqələr gündən-günə inkişaf edir

Azərbaycan ilə İran arasında əlaqələr gündən-günə inkişaf edir

06.04.2018 [10:25]

Azərbaycan ilə İran arasındakı dostluq və qardaşlıq əlaqələri gündən-günə inkişaf edir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşündə səslənib.
Allahşükür Paşazadə deyib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rol oynayır. QMİ sədri ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərinin getdikcə daha da möhkəmləndiyini söyləyib.
Qonaqpərvərliyə görə təşəkkür edən nazir Məhəmməd Cavad Zərif İran-Azərbaycan əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edib. O, Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər konfransında müzakirə olunan məsələlərin önəmini qeyd edib.

Paylaş:
Baxılıb: 363 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31