Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Asiya / Çində yolun çökməsi nəticəsində ölənlərin sayı 50-yə yaxınlaşıb

Çində yolun çökməsi nəticəsində ölənlərin sayı 50-yə yaxınlaşıb

02.05.2024 [15:20]

Çinin cənubunda avtomobil magistralının bir hissəsinin çökməsi nəticəsində azı 48 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, ÇXR sədri Si Cinpin hadisə yerində xilasetmə işlərinin aparılmasını, yaralılara hər cür yardım göstərilməsini, həmçinin yolun dağılan hissəsinin tez bir zamanda təmir edilməsini tapşırıb.

Qeyd edək ki, mayın 1-i səhər saatlarında Meycou-Dabu avtomagistralında torpaq sürüşməsi baş verib. Nəticədə 23 avtomobil yolda əmələ gələn yarğana düşüb. Yerli hakimiyyət orqanları hadisəyə aramsız yağan güclü leysanın səbəb olduğunu ehtimal edir. Belə ki, son vaxtlar həmin rayona 56 santimetrdən çox yağıntı düşüb, bölgədəki bir sıra kəndlər su altında qalıb.

Eyni zamanda Quandun əyalətinin bəzi rayonları son iki həftə ərzində güclü yağış və daşqınlarla üzləşib. Əyalətin paytaxtı Quançjou şəhərində qasırğa beş nəfərin həyatına son qoyub.

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31