Yaz aylarında qidalanmaya necə diqqət edək?
02.05.2024 [19:38]
Yaz aylarında allergik və infeksion xəstəliklər baş qaldırdığından düzgün qidalanmaya diqqət yetirmək lazımdır. Mütəxəsislər tərifindən bu aylarda gec həzm olunan qidalar məsələhət görülmür.
Dietoloq Sevinc Həsənzadə "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, axşamlar maddələr mübadiləsi normadan daha yavaş işlədiyi üçün qidalanmaq məsləhət görülmür: "Yaz fəslində C vitamininə tələbat artır. Orqanizmin müqavimətini artırmaq üçün göy-göyərti və meyvə-tərəvəzdən başqa bal, düyü, noxud, mərci, qarabaşaq və kartof qəbul etmək məsləhət görülür. Uşaqların yumurta və südlə qidalanması xüsusilə vacibdir. Qış aylarında yediyimiz qidaların tərkibində vitaminlər az olduğu üçün mövsüm dəyişikliyi zamanı xəstəliklərə qarşı müqavimətimiz azalır. Karbohidrat qəbulu da yağların yandırılmasında böyük əhəmiyyət kəsb edir. Qida rasionumuza bulqur, qarabaşaq, paxlalılar, tam buğdalı makaron və yulaf kimi yüksək lifli sağlam karbohidratlar əlavə etməliyik. Kökəlməyə səbəb olan şirniyyat, şəkər, meyvə şirələri və xəmir məmulatları kimi karbohidratlı qidaları qida rasionundan çıxarmaq lazımdır".
Mütəxəsis eyni zamanda qeyd edir ki, yaz fəslində protein qəbulu olduqca önəmlidir. Əks halda maddələr mübadiləsi zəifləyəcək, əzələ sintezini azaldacaq və ödəmin artmasına səbəb olacaq. Xüsusilə yağ itkisi və əzələ artımı üçün edilən məşqlər adekvat protein qəbulu ilə müşayiət olunmalıdır: "Yazın gəlişi ilə insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Bu da yaz yorğunluğu kimi özünü biruzə verir. Sağlam qida rasionu qanda şəkər balansını qoruyaraq halsızlığı aradan götürür".
Qeyd edək ki, Azərbaycanda əhali arasında qidadan kütləvi zəhərlənmə ciddi problemlərdən biridir. İnsanlar arasında kütləvi zəhərlənmələrə şadlıq saraylarında və evdə təşkil olunan yığıncaqlarda yeyilən yeməklərdən istifadə zamanı daha çox rast gəlinir. İnsanların kütləvi şəkildə yemək yediyi toy və yas mərasimlərində zəhərlənmə təhlükəsindən heç kim sığortalanmayıb.
Hər bir zəhərlənmə halının ağırlığından asılı olaraq insan orqanizmində müəyyən iz qoyur.
S. Həsənzadə bildirir ki, zəhərlənməyə səbəb ətə vurulan əlavə qatqılar və saxlama şəraitinə əməl olunmamasıdır: "Havalar isindikcə bakteriya və mikrobların artması və inkişafı qida zəhərlənmələrinə səbəb olur. Bu, özünü daha çox "fast-food" adlandırdığımız qidalarda, xüsusilə dönərdə göstərir. Zəhərlənmə əlamətləri qida qəbulundan bir neçə saat sonra üzə çıxır. Zəhərlənən şəxsdə ishal, qusma, qarında sancılar, halsızlıq, hərarətin qalxması və s. müşahidə edilir".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

