Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Putini 5 saat gözləsə də...

Putini 5 saat gözləsə də...

20.05.2022 [10:34]

KTMT Paşinyana dəstək olmadı

P.İSMAYILOV

Baza Telegram kanalı mənbələrə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin 30 illik yubileyinə həsr olunmuş sammitdə Qazaxıstan nümunəsini əsas götürərək Kremldən Ermənistana qoşun göndərməsini xahiş edib. Buna səbəb isə İrəvanda və digər şəhərlərdə baş verən etiraz aksiyalarıdır. Erməni baş nazir açıq şəkildə bu aksiyalardan qorxuya düşdüyünü büruzə verib. Mənbənin sözlərinə görə, sammit ərəfəsində KTMT-yə sədrlik edən Paşinyan quruma rəsmi sorğu da göndərib. Məlumatda Paşinyanın Moskvaya həm də təşkilat üzvlərindən zəmanət almaq üçün gəldiyi bildirilir. Qeyd edilir ki, erməni baş nazir İrəvanda vəziyyətin Qazaxıstan ssenarisi üzrə inkişaf edəcəyindən çəkinir. Bu halda Rusiyanın və KTMT-nin digər üzvlərinin ölkəsinə qoşun yeritməsini, kütləvi iğtişaşları yatırmasını və hazırki hakimiyyətin qorunmasına kömək etmələrini istəyir. İddialara görə, hazırda ölkədə Paşinyana qarşı olan müxalifətçilər güclənir. Paşinyan bu səbəbdən də təşkilatın Ermənistana hərbi kontingent göndərmək qərarına ehtiyac duyur. Rusiya Prezident Administrasiyasındakı mənbələrin Baza-ya verdiyi məlumatda isə vurğulanır ki, Paşinyanın xahişi rədd edilib və onun özündən xahişi geri götürməsi tələb olunub.

Başqa bir məlumata görə, isə Prezident Administrasiyasının cavabından sonra Ermənistanın baş naziri birbaşa Rusiya prezidenti Vladimir Putindən dəstək almağa çalışıb: “Amma burada da ona rədd cavabı verilib. Paşinyanla ikitərəfli görüş tədbirin sonuna qədər təxirə salındı və Ermənistan prezidenti Putinlə görüş üçün beş saat gözlədi, lakin sonda ortaya çıxacaq problemin rus hərbçilərinin köməyi ilə həlli istisna olundu” - deyə mənbə bildirib.

Baş verənlər müəyyən suallar doğurmaqdadır. Qeyd edək ki, Ermənistan 2016-cı ilin aprelində, 2020-ci ilin yayında və Vətən müharibəsi dövründə də KTMT-yə məlum müraciətlər göndərmişdi. Həmin vaxt, qurumda təmsil olunan ölkələrin birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması Ermənistanı əliboş qoymuşdu. İndiki halda isə Ermənistanın baş naziri bu ilin yanvarında Qazaxıstanda baş verənləri presedent sayaraq bu addımın atılmasını istəyir. İstər KTMT-nin, istərsə də ayrıca olaraq Rusiyanın buna “yox” deməsi isə düşündürücüdür. Niyə Qazaxıstana “hə”, Ermənistana isə “yox”?

Paşinyanın istəyinə rədd cavabının verilməsi bəzi səbəblərdən qaynaqlana bilər. Birincisi, bu ilin aprelində keçirilən Brüssel görüşlərindən sonra Rusiyanın qoltuğuna sığınaraq vaxt udmağa çalışan erməni baş nazirin bütün kartları açılıb. İkili oyun oynayacağını düşünən Ermənistan sonda hər iki tərəfdən əli üzülmüş görünür. Rusiya Nikolu “Qərbin adamı” kimi tanıdığı üçün ona dəstək vermir. Tam əksinə, Paşinyana qarşı olan revanşist müxalifətçilər illərdir Rusiyanın himayəsinə sığınmış şəxslər kimi tanınır. Yeri gəlmişkən, son zamanlar Ermənistan tərəfindən dövlət sərhədində törədilən təxribatların səbəbi kimi də bu amil qabardılır. Belə ki, bu strukturlarda Ermənistanın keçmiş dövlət başçıları Robert Köçəryan və Serj Sarqsyan klanının adamları uzun illərdir ki, işləyirlər. İndiki halda Rusiyanın himayəsində olan şəxslərin apardıqları “küçə aksiyaları”nın qarşısının KTMT tərəfindən alınması inandırıcı görünə bilməz. Başqa sözlə, keçmiş prezidentlərin əli ilə Paşinyana təzyiq göstərməyə çalışan Rusiyadan kömək istəməsi Nikolun hansı durumda olduğunu ortaya qoyur.

Baş verənlər Ermənistan daxilində ölkənin KTMT-dən çıxması ilə bağlı etirazların səslənməsinə yol açıb. Qeyd edək ki, Paşinyan hələ 2018-ci ildə hakimiyyətə gələn zaman bu addımı atacağını vəd etmişdi. Erməni ictimaiyyəti bu qurumdakı təmsilçiliyi Rusiyanın postsovet məkanına geosiyasi təsirinin saxlanılması üçün alət adlandırır. Bunu anlasa da, Nikol Paşinyan KTMT ilə bağlı yüngül tənqiddən uzağa gedə bilmir. Qazaxıstana fərqli, Ermənistana tam fərqli münasibət sərgiləyən KTMT, dolayısı ilə Rusiya isə erməni baş nazirə yerini, boyunu və səviyyəsini izah edir...

Paylaş:
Baxılıb: 861 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31