“Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminin Parisdə nümayişi olub
17.06.2015 [10:27]
“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimini “Equipe21” kanalı vasitəsilə canlı izləmək üçün Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyi və Azərbaycanın Fransadakı səfirliyi tərəfindən 60-dan artıq parisli Azərbaycan Mədəniyyət Mərkəzinə dəvət edilib. Mərasimdən sonra Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət keçirilib.
İzləyicilər arasında Parisdə akkreditə olunmuş diplomatlar, Fransa Milli Olimpiya və İdman Komitəsinin nümayəndələri, “TOTAL”, “Bouygues Construction” və “Galeries Lafayette” kimi məşhur fransız şirkətlərinin təmsilçiləri və Azərbaycan diasporunun fəalları olublar.
Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev və TEAS-ın nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin qitənin bütün ölkələrini təmsil edən idmançıların iştirakı ilə birinci Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıblar. Bildiriblər ki, bu, idmanın ümumbəşəriliyini və birləşdirici bir qüvvə kimi gücünü göstərir.
“Bakı-2015”in açılış mərasiminin gözəlliyindən heyrətə gələn tamaşaçılar mərasimdə bir çox məqamları, xüsusilə sanki sehrlə Avropa qitəsi üzərindən buğanın keçməsi alleqoriyasını sürəkli alqışlarla qarşılayıblar. Bu, qitənin coğrafi cəhətdən birliyinə və Azərbaycanın Avropa qitəsinə məxsusluğuna işarə idi.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36

