Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Malatyada zəlzələ: 5 nəfər xəsarət alıb, üç ev qismən dağılıb

Malatyada zəlzələ: 5 nəfər xəsarət alıb, üç ev qismən dağılıb

16.10.2024 [17:41]

Çərşənbə günü episentri Türkiyənin Malatya vilayətində baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində 5 nəfər xəsarət alıb.

Bu barədə AZƏRTAC Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya istinadla xəbər verir.

Nazirin sözlərinə görə, yeraltı təkanlar Malatya, Şanlıurfa və Elazığ vilayətlərində üç yaşayış binasının qismən dağılmasına səbəb olub.

Elazığ vilayətində qismən dağılmış binadan dörd nəfər xilas olunub.

Türkiyə Hökumətinin yanında Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) “qaynar xətti”nə yeraltı təkanların nəticələri ilə bağlı ümumilikdə 374 zəng daxil olub, onlardan 33-də yardım çağırışları yer alıb.

AFAD-ın məlumatına görə, ilk təkandan sonra maqnitudası 1,2-3 arasında dəyişən ən azı 30 afterşok qeydə alınıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Malatya valisi Seddar Yavuz və bələdiyyə sədri Sami Erdən bölgədəki vəziyyətlə bağlı ətraflı məlumat alıb.

Malatya, Şanlıurfa, Elazığ, Batman və Adıyaman vilayətlərinin səlahiyyətliləri təhsil müəssisələrində birgünlük tətil elan ediblər.

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31