Aİ narahatdır
25.01.2025 [09:31]
Brüssel cavab tədbirləri görməyə hazırlaşır
ABŞ-ın yeni Prezidenti Donald Tramp Avropa İttifaqından idxal olunan mallara gömrük rüsumu tətbiq edib. Aİ buna qarşılıq olaraq, adevkat tədbirlər görməyə hazırlaşır. “Politico” nəşrinin məlumatına görə, Brüssel Donald Trampın proteksionist siyasətə qayıdacağından və Avropa İttifaqı məhsullarına rüsumları yenidən artıracağından narahatlıq keçirir. Nəşrin məlumatında qeyd olunur ki, Brüssel ticarət müharibəsi ssenariləri üzərində çalışır və zərurət yaranacağı təqdirdə cavab tədbirləri hazırlayır. Avropa rəsmiləri ümid edirlər ki, Vaşinqtonla razılıq əldə olunacaq, lakin rüsumların tətbiq olunacağı təqdirdə Aİ cavab olaraq, ABŞ məhsullarına rüsumlar tətbiq edəcək.
Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Donald Tramp “öncə Amerika” yanaşması ilə proteksionist iqtisadi siyasət həyata keçirməyi planlaşdırır.
ABŞ - Aİ münasibətlərində yenilik...
“ABŞ-ın iqtisadi siyasətlərindəki dəyişikliklərin transatlantik münasibətlərdə də problemlər yarada biləcəyi düşünülür. Trampın ABŞ prezidenti kimi hakimiyyətə gəlməsi ilə son illərdə çox yaxın müttəfiq olan Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında münasibətlərdə ciddi dəyişikliklər gözlənilir. Bu kontekstdə Aİ Trampın birinci hakimiyyəti dövründə olduğu kimi, ikinci dövründə də ciddi iqtisadi çətinliklərlə üzləşməyə hazırlaşır” - deyə Z.Qarayeva vurğulayıb ki, Trampın 2017-2021-ci illər arasında prezidentliyi dövründə həyata keçirdiyi ticarət siyasəti, Avropa ölkələrinə əlavə polad və alüminium rüsumları tətbiq etməsi, Paris İqlim Sazişindən çıxması və sərt tonu Aİ üçün gözlənilməz oldu: “Nəticə etibarı ilə ikitərəfli münasibətlər korlandı”.
Ticarət kəsiri 208,7 milyard dollara çatıb
“Tərəflər arasında əmtəə və xidmətlərin ümumi ticarəti hər il 1,3 trilyon dollar təşkil edir və ABŞ bu günə qədər Aİ-nin ən böyük ticari tərəfdaşı olaraq qalır. Aİ ölkələri uzun illərdir ki, ABŞ-la ticarətdə əhəmiyyətli profisit əldə edirlər. Avropa ölkələrinin ABŞ-a mal və məhsul ixracı sözügedən idxaldan xeyli yüksəkdir. Aİ 2023-cü ildə ABŞ-a 576,3 milyard dollar ixrac, ABŞ-dan isə 367,6 milyard dollar idxal edəcək. ABŞ-ın Aİ ilə ticarət kəsiri 208,7 milyard dollara çatıb,” - deyə Z.Qarayeva bildirib.
Təxminən 100 milyard dollar...
O qeyd edib ki, son məlumatlara görə, 2024-cü ilin yanvar-noyabr dövründə ABŞ Aİ-dən 555,6 milyard dollar idxal edib, Aİ-yə isə 342 milyard dollar ixrac edib. Belə ki, ötən ilin ilk 11 ayında ABŞ-ın Aİ ilə ticarət kəsiri bütün əvvəlki ili keçərək 213,7 milyard dollara çatıb: “Avropa ölkələrinin ABŞ-la ticarət profisiti var. Sözügedən ticarət kəsiri Trampın açıqlamalarında onu xüsusilə narahat edən bir vəziyyət olaraq önə çıxır. ABŞ-ın ticarət kəsiri olan ölkələrə tariflər qoyulacağını vəd edən Tramp, Avropa məhsullarına 10-20 faiz əlavə rüsumlar tətbiq etməyi planlaşdırır”.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36

