Beynəlxalq hesabat: 2024-cü ildə azı 56 min insan itkin düşüb
03.04.2025 [16:19]
BMT-nin məlumatına görə, 2024-cü ildə son iyirmi il ərzində itkin düşənlərin sayında ən yüksək artım qeydə alınıb. Belə ki, ötən il münaqişə bölgələrində 56,559 insan itkin düşüb.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, aprelin 2-də Baş Assambleyanın brifinqi zamanı insan hüquqları üzrə ali komissar Volker Türk həyəcanverici yenilikləri paylaşıb. O, üzv dövlətləri silahlı münaqişə və beynəlxalq humanitar hüquqa məhəl qoyulmaması nəticəsində itkin düşənlərin sayında “görünməmiş” artımı həll etmək üçün daha çox iş görməyə çağırıb. Türkün sözlərinə görə, beynəlxalq humanitar hüququn pozulmasına görə davamlı cəzasızlıq mühiti daha çox sui-istifadə hallarına səbəb olur və böhranın miqyası getdikcə artır.
Brifinqdə silahlı qarşıdurmalarda itkin düşmüş şəxslərə diqqət yetirilsə də, bu neqativ halların həm də repressiyalar, terrorla mübarizə tədbirləri, miqrasiya, dissidentlərin və hüquq müdafiəçilərinin hədəfə alınması ilə bağlı olduğu vurğulanıb. “Məhz münaqişə, qeyri-sabitlik və repressiya şəraitində insanların itkin düşmə ehtimalı artır. Bu pozuntulara görə məsuliyyət vacibdir”, -deyə Volker Türk bildirib.
Tədbirdə çıxış edən BMT Baş Assambleyasının sədri Filemon Yanq da bu fikirləri bölüşüb: “Bizim hər bir itkin şəxsi müəyyənləşdirmək və tapmaq üçün mənəvi məsuliyyətimiz var”, -deyə o qeyd edib.
BMT-nin məcburi yoxlamalar üzrə işçi qrupu son 45 ildə bu məsələ üzrə 115 ölkədə 62 mindən çox işə baxıb. Təşkilat təəssüflə bildirir ki, bu rəqəm çox böyük bir aysberqin yalnız görünən hissəsidir. Filemon Yanq bu məlumatlar fonunda dünya ictimaiyyətini qətiyyətli addımlar atmağa çağırıb. O, hökumətləri, vətəndaş cəmiyyəti və qurbanların hüquqlarını müdafiə edən qrupları qlobal həmrəylik nümayiş etdirməyə və bu il BMT tərəfindən təşkil edilmiş İtkinlər üzrə Birinci Dünya Konqresinin qərarlarına uyğun hərəkət etməyə çağırıb.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

