Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Orta Dəhlizlə yükdaşımaların həcmi 62 faiz artıb

Orta Dəhlizlə yükdaşımaların həcmi 62 faiz artıb

27.06.2025 [18:27]

2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların həcmi əvvəlki illə müqayisədə 62 faiz artaraq 4,5 milyon tona çatıb.

AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tranzit axını xüsusilə nəzərəçarpacaq artım nümayiş etdirib: ümumi tranzit həcmi 4 dəfə, Çindən tranzit isə 28 dəfə artıb.

Bundan əlavə, bildirilir ki, nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində 2024-cü ildə Almatı, Qızılorda və Şımkənd hava limanlarında üç yeni terminal istifadəyə verilib.

Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Çin ilə Avropa ölkələrini birləşdirir.

Paylaş:
Baxılıb: 299 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30