Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Əbu-Dabidə danışıqların növbəti mərhələsi fevralın 1-nə planlaşdırılıb

Media: Əbu-Dabidə danışıqların növbəti mərhələsi fevralın 1-nə planlaşdırılıb

25.01.2026 [10:13]

ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqların növbəti mərhələsinin fevralın 1-də Əbu-Dabidə başlaması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan amerikalı məmura istinadla məlumat yayıb.

“Axios” jurnalisti Barak Ravid də eyni məlumatı paylaşıb. O, X sosial şəbəkəsində yazıb: “ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar gələn bazar günü (səkkiz gündən sonra) Əbu-Dabidə davam edəcək”.

Jurnalist, həmçinin ABŞ administrasiyasının rəsmisinin qiymətləndirməsinə istinad edib. Həmin rəsmi hesab edir ki, Moskva və Kiyevin üçtərəfli danışıqlar aparmaq barədə razılığa gəlməsi “irəliləyişin əldə olunduğunu nümayiş etdirir”.

Qeyd edək ki, yanvarın 23–24-də Əbu-Dabidə keçirilən əvvəlki görüşlərdə tərəflər təhlükəsizlik mexanizmləri üzrə ilkin müzakirələr aparıblar.

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30