Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanda elektrik enerjisinin istehlak qiyməti bahalaşıb

Gürcüstanda elektrik enerjisinin istehlak qiyməti bahalaşıb

30.03.2026 [17:41]

Gürücstanda elektrik enerjisinin istehlak qiymətləri bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının (NSU) qərarına əsasən, bölgələrdə, eləcə də paytaxtda istehlakçılar üçün elektrik enerjisi tarifi 5 tetri artırılıb.

Belə ki, paytaxt Tbilisidə olduğu kimi, regionlardakı “EP Georgia” müştəriləri üçün 0-dan 101 kVt/saata qədər istehlak üçün tarif kVt/saat üçün 15.041 tetridən 20.041 tetriyə, 101-dən 301 kVt/saata qədər istehlakçılar üçün tarif kVt/saat üçün 19.053 tetridən 24.053 tetriyə, 301 kVt/saatdan çox istehlakçılar üçün tarif kVt/saat üçün 23.537 tetridən 28.537 tetriyə qədər artacaq.

Paylaş:
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31