NATO-Rusiya münasibətləri yenidən gərginləşib
14.05.2009 [12:11]
NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində Gürcüstan ərazisində başlanmış hərbi təlimlərlə əlaqədar alyansla Moskva arasındakı münasibətlər yenidən gərginləşib. Rəsmi Moskva təxminən bir ay çəkəcək bu təlimləri Cənubi Qafqazda Rusiyanın maraqlarının əleyhinə yönəlmiş “bir əzələ nümayişi” və Cənubi Osetiya, eləcə də Abxaziyadakı separatçı qurumlar üçün ciddi təhlükə kimi dəyərləndirir. Brüsseldəki iki rus diplomatının NATO rəsmiləri tərəfindən “casusluqda ittiham” olunaraq “persona-non-qrata” elan edilməsinə cavab olaraq Rusiyanın da alyansı təmsil edən iki diplomatı Moskvadan qovması isə tərəflər arasındakı münasibətləri daha da pisləşdirib.
Bir sözlə, təzəcə mülayimləşməyə başlayan NATO-Rusiya münasibətləri yenidən mürəkkəb xarakter alıb. Qeyd edək ki, NATO üzvü olan dövlətlərin xarici işlər nazirlərinin bu ilin martında Brüsseldə keçirilmiş növbəti toplantısı Rusiya ilə bağlı mühüm bir qərarın qəbul edilməsi ilə əlamətdar oldu. Belə ki, alyans ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələrdən sonra dondurulmuş NATO-Rusiya əlaqələrinin bərpası və bundan sonra bu münasibətləri tənzimləyən xüsusi şura çərçivəsində davam etdirilməsinə qərar verdi. Həmin qərarı şərh edən ekspertlərin qənaətinə görə, indiki şəraitdə beynəlxalq aləmdə cərəyan edən proseslərin tənzimlənməsi və bəzi qaynar nöqtələrdə vəziyyətin sabitləşməsi istiqamətində atılan addımlarla bağlı Rusiya əvvəlkitək NATO üçün vacib tərəfdaş olaraq qalır. Rusiya ilə əməkdaşlıq Yaxın Şərq, Əfqanıstan, İran və Şimali Koreyanın nüvə proqramları, eləcə də terrorçuluğa qarşı birgə mübarizə, strateji hücum silahlarının məhdudlaşdırılması, nüvə silahının yayılmasının qarşısının alınması və s. məsələlərlə bağlı problemlərin həlli yolunda NATO üçün xüsusi əhəmiyyət kəsb edir. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilmiş təcrübə onu deməyə əsas verir ki, bu proses Rusiya üçün də çox vacibdir (məsələn, Əfqanıstanda olduğu kimi). Lakin bütün bunlarla yanaşı, Qərbin siyasi dairələrində tez-tez Rusiyanın ünvanına ciddi tənqidi fikirlər də səslənməkdədir. Bu da onun göstəricisidir ki, bəzi beynəlxalq problemlərə ciddi fərqli baxışlar ABŞ başda olmaqla NATO ilə Rusiya arasında hələ də qalmaqdadır.
Belə ki, NATO Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini və oyuncaq “separatçı qurumlara” qarşı öz neqativ mövqeyini dəfələrlə ən yüksək səviyyədə bəyan edib və Rusiyanı da Gürcüstanın suverenliyinə hörmətlə yanaşmağa çağırıb. öz növbəsində alyans, bundan sonra da Ukrayna və Gürcüstanla münasibətlərə xüsusi diqqət yetirəcəyini də vurğulayıb. Eyni zamanda, bir ay öncə NATO-nun 60 illik yubileyi ilə bağlı keçirilmiş təntənəli sammitdə də qəbul edilən yekun sənəddə Gürcustan hadisələri ilə bağlı Rusiya barəsində kifayət qədər sərt tənqidi fikirlər qeyd edilsə də, bununla yanaşı, alyans üçün Moskvanın mühüm tərəfdaş olduğu nəzərə alınaraq qurum nəzdindəki xüsusi şura çərçivəsində NATO-Rusiya əlaqələrinin davam etdirilməsinin vacibliyi öz əksini tapıb. Ancaq mühüm əhəmiyyət kəsb edən belə sənədlərin qəbul edilməsindən qısa bir müddət keçməsinə baxmayaraq, NATO-Rusiya əlaqələri yenə də çətin və mürəkkəb bir böhranla üzləşib. Bir sözlə, tərəflər arasındakı əlaqələrin təhlili və hadisələrin gedişatı onu göstərir ki, NATO-Rusiya münasibətləri gələcəkdə hələ çox ciddi sınaqlarla üzləşə bilər.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30

