Məğlub Ermənistanda siyasi böhran davam edir
16.03.2021 [09:22]
Məlum olduğu kimi, məğlub Ermənistanda aylardır davam edən siyasi böhran daha da dərinləşib. Belə ki, Paşinyanla ali hərbi rəhbərliyin arasındakı qarşıdurmadan sonra 17 müxalifət partiyasının təmsil olunduğu “Vətənin xilası naminə hərəkat”ın parlamentin qarşısında fasiləsiz kütləvi etiraz aksiyaları davam edir. Erməni mediası yazır ki, vəziyyətdən çıxış üçün prezident Armen Sarkisyanın baş nazir və parlamentdəki fraksiyaların rəhbərləri ilə görüşləri hələlik heç bir nəticə verməyib.
Qeyd edək ki, “Panorama.am”ın prezident administrasiyasına istinadən verdiyi məlumata görə, A.Sarkisyan artıq baş nazir Nikol Paşinyan, “Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyan, “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makuntsla görüşüb. Görüşlərdə əsas müzakirə edilən məsələnin növbədənkənar seçkilər olduğu bildirilir. Ekspertlər isə indiyə qədər ciddi-cəhdlə müqavimət göstərən Paşinyanın parlamentdaxili və parlamentdənkənar müxalifətin tələbini yerinə yetirəcəyi ehtimalına inanmırlar. Belə ki, görüşə dəvət edilən “Vətənin xilası naminə hərəkat”ın liderləri danışıqlar üçün şərt irəli sürüblər və onlar nəinki baş tutmayan birgə görüşə, hətta prezidentlə danışıqlara da müsbət yanaşmırlar.
Xatırladaq ki, ötən həftənin sonu da etiraz aksiyalarını davam etdirən müxalifət Yerevan şəhəri üzrə Paşinyanı “izləyib”, lakin nə baş nazirin Ermənistan XİN binasına, nə də prezident iqamətgahına daxil olmasına mane ola bilib. Qeyd edək ki, Paşinyanın prezident iqamətgahına daxil olmasının qarşısını almaq üçün binanın girişinə gələn vətəndaşlarla polis arasında toqquşma da baş verib.
Bundan sonra baş nazirə şəhərə çıxmağa imkan verməyəcəklərini qeyd edən hərəkatın koordinatoru İşxan Saqatelyan deyib ki, ölkədə gündəmi Baqramyan prospekti diktə edir. “Armenia today”in yazdığına görə, Paşinyanın seçki keçirmək niyyətində olmadığını vurğulayan İ.Saqatelyan müxalifətin rəsmi, lakin mənasız görüşlərə qatılmayacağı barədə mövqeyini xatırladaraq deyib ki, həqiqətən bu vəziyyətdən çıxış yolu düşünürlərsə, baş nazirin istefası müzakirə edilən və televiziyada canlı yayımlanan görüş formatı həyata keçirilməlidir. Bu arada “Hraparak” qəzetinin yazdığına görə, “Çiçəklənən Ermənistan”ın lideri Qagik Çarukyan yaxın vaxtlarda prezident və baş nazirlə ikitərəfli görüş keçirmək niyyətində olduğunu söyləsə də, birgə görüş üçün hərəkatın tələblərini dəstəklədiyini bildirib.
Xatırladaq ki, müxalifət yaranmış vəziyyətə görə birbaşa baş naziri günahlandırır və onun istefasını tələb edir. Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan deyib ki, Paşinyan hakimiyyətdə qalsa, ordunun məhvini davam etdirəcək. “Armenia today”in yazdığına görə, müxalifətin fəal nümayəndəsi Geqam Manukyan isə deyib ki, yalnız psixiatr Paşinyanın davranışlarının məntiqini izah edə bilər: “Paşinyan hakimiyyətə gəldiyi ilk gündən davamlı olaraq bütün dövlət qurumlarını məhv edir və növbə indi orduya çatıb”.
Beləliklə, məğlub ölkədə artıq neçə aydır davam edən siyasi böhranın aradan qaldırılması üçün prezidentin şənbə gününə planlaşdırdığı birgə görüş baş tutmayıb. Ekspertlərin fikrincə, ikitərəfli görüşlərin mövzusu növbədənkənar seçkilərlə bağlı olsa da, hər hansı konkret nəticə gözləmək əbəsdir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

