Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır
18.03.2021 [08:59]
Məlum olduğu kimi, məğlub Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Belə ki, ölkə prezidentinin bütün siyasi qüvvələrə təklif etdiyi birgə görüş baş tutmayıb, onun baş nazir və bəzi partiya rəhbərləri ilə ikitərəfli danışıqlarından hələlik ciddi nəticə əldə edilməyib. Müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat” isə Paşinyanın istefası tələbindən geri çəkilmir.
Ermənistan mediası yazır ki, müxalifət təklif olunan bütün görüşlərdən imtina edir. “News.am”ın yazdığına görə, hərəkatın koordinatoru İşxan Saqatelyan isə deyib ki, prezidentin təklif etdiyi birgə görüş baş nazir vəzifəsini tutan şəxsin mövqeyinə görə alınmayıb: “Biz respublika prezidentinin təklif etdiyi formatda, amma gündəmin tərəfimizdən müəyyən edilməsi şərti ilə görüşün tərəfdarı olduq. Digər formatlardakı görüşləri mənasız hesab edirik. Bununla bağlı mövqeyimizdə dəyişiklik yoxdur”.
Paşinyan istefa verdiyi halda, seçkilərə getməyə hazır olması barədə “Çiçəklənən Ermənistan”ın lideri Qagik Çarukyanın fikirlərinə münasibət bildirən İ.Saqatelyan deyib ki, hərəkatda təmsil olunan partiyaların “şər hökuməti”ni devirmək üçün yanaşmaları fərqli ola bilər, amma Paşinyanın vəzifədən getməsinin vacibliyi barədə fikir birliyi var.
Qeyd edək ki, müxalifət növbədənkənar seçkiləri vacib hesab etsə də, Paşinyan hakimiyyəti dövründə seçki keçirilməsini məqbul saymır. Bu arada, növbədənkənar seçkilər keçirilməsi yenidən hakimiyyətin və bəzi siyasi partiyaların gündəmindədir. “Past” qəzeti yazır ki, bu günlərdə bəzi ekspertlər və siyasi dairələr daxili siyasi böhranı aradan qaldırmaq üçün növbədənkənar seçkilərin keçirilməsinin vacibliyindən danışırlar. Qəzetin yazdığına görə, hakimiyyət bu məsələ ilə bağlı öz komandasında ciddi addımlar atır: “Son günlərdə Paşinyan və lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasının bir neçə tanınmış nümayəndəsi Yerevanın inzibati ərazi orqanlarının rəhbərləri ilə, habelə qubernatorlarla görüşlər keçirir. Bu görüşlərdə onlara hakimiyyətin, konkret olaraq Paşinyanın reytinqini müəyyənləşdirmək tapşırılır. Yeri gəlmişkən, hakim komandada növbədənkənar seçkilərə qarşı çıxanlar da çoxdur”.
Nəşr öz mənbələrinə istinadən yazır ki, hakimiyyət may ayında seçkilər keçirmək niyyətindədir və baş nazir artıq 23 mart tarixinə qədər istefa vermək qərarına gəlib. “Hraparak” qəzeti isə baş nazirin Qagik Çarukyanı seçkilərin oktyabrda keçirilməsi üçün razı salmağa çalışdığı barədə məlumat yayıb.
Onu da qeyd edək ki, müxalifətin paytaxtdakı aksiyaları da müxtəlif formalarda davam edir. “Panorama.am” xəbər verir ki, müxalifət martın 17-də Təhsil, elm, mədəniyyət və idman nazirliyinin qarşısında aksiya keçirib. “Nikolsuz Ermənistan!” şüarları səsləndirən aksiya iştirakçılarının məqsədi baş nazir Paşinyanın nazirliyə gəlməsinin qarşısını almaq olsa da, binanın ətrafına əvvəlcədən çox sayda polis əməkdaşının cəlb edilməsi onların niyyətini puça çıxarıb.
Beləliklə, məğlub Ermənistanda siyasi böhran davam edir. Göründüyü kimi, Paşinyan yenidən seçki məsələsini ortaya atıb, müxalifət isə hökumətin istefası tələbindən geri çəkilmir. Ekspertlərin fikrincə, hakimiyyətin yenidən növbədənkənar seçkilər keçirilməsi məsələsini gündəmə gətirməsi sadəcə vaxt qazanmaq cəhdidir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxElm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05

