Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Meksikada dəhşətli qəza: 12 nəfər yanaraq ölüb!

Meksikada dəhşətli qəza: 12 nəfər yanaraq ölüb!

10.11.2021 [10:57]

Meksikada sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində dəhşətli qəza baş verib. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ölkənin Çiapas ştatının Palenque şosesində mikroavtobus yük maşını ilə toqquşub. Qəzada 9-u sərnişin olmaqla, 12 nəfərin həyatını itirdiyi, 3 nəfərin isə ağır yaralandığı xəbər verilir.

Güclü zərbənin təsirindən yanmağa başlayan mikroavtobusda olan sərnişinlərin çoxu avtomobildən çıxa bilməyiblər. Yaralılara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərilib.

Paylaş
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30