Şənbə üçün nəzm
08.03.2025 [08:56]
Səni harda başladım?
Harda bitirdim səni?
Çıxdım ürəyimin qapısınacan,
Ötürdüm səni.
Yolun yaxın olmasın.
Nə doğmamsan, nə yadım,
Əllərini üz, dedin,
Ümidini kəs, dedin,
Kəsdim,
Yeddi qapıya payladım.
Azın, çoxun qalmasın.
Ruh deyilsən, can deyilsən,
Həvəssən, bədəndən çıxdın.
Elə də sevmədim səni.
Ürəyimin zirvəsinə
Hərdən çıxdın...
Eh! Mənim də gizli-gizli
Darıxmağım olmasın.
***
İnnən belə sən də
lazım deyilsən,
Qırılmışam, tökülmüşəm,
qəmliyəm.
Sən ki mənim alın
yazım deyilsən,
Vaxt lazımdı ki,
özümü cəmliyəm.
Nəyin var ki?
Sözünü tutmağın yox,
Məni yaxşı unutmağın
var sənin.
Ürəyimin heç
xeyrini görmədim,
Ürəyimdən topladığım bar sənin.
Bu gecə də özün yoxsan,
sözün var,
Sən bilməzsən,
susub danışmaq olur.
Salamımız, sağolumuz yerində,
Görürsənmi?
Küsüb danışmaq olur.
Mən indi hər şeyi
unudum gərək,
Geriyə qayıdım o boyda yolu.
Bu da taleyimin məndən aldığı,
Bu da taleyimin quru “sağ” olu.
Özümdən yüz dəfə üzr istəyim,
Özümü son dəfə bağışlayımmı?
Mən heç həyatımda bu qədər kinli,
Bu qədər amansız olmadım amma.
Mənim yerimdimi bu yer, İlahi?
Hər şeyə,
hamıya naşı düşmüşəm.
Ah, mənim
əvvəlki ağılsızlığım...
Hər şeyi sonradan
başa düşmüşəm.
***
Xəyalım xatirəni dolandı,
gəzdi, keçdi,
Yenə gözü açıq görüldü yuxum.
Sevgimdən aldığın
o həzz də keçdi,
Mənim hamıdan
çox peşman olduğum.
Heç nə danışmıram
sənin haqqında,
Amma susmağım da
yaxşı hal deyil.
Saat geridədi, vaxt geridədi,
Bu da ömür deyil, eh,
yığval deyil.
İçim üzümdədi, əlim dizimdə,
Hələ üstü açıq qalıbdı yaram.
Zamanla bitəcək, amma hələ ki
Ən pis hisslər ilə xatırlayıram.
Xəyalə Sevil
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

