İradə Tuncay: Ulu Öndərin səsi hələ də yadımdadır
14.10.2022 [10:10]
Xalq şairi Məmməd Arazın anadan olmasının 89-cu ildönümüdür
Öz ömrümü şum elədi öz əlim,
Yazında gül, payızında xəzəlim.
Gündoğandan günbatana mənzilim...
Bu da belə bir ömürdü, yaşadım
Məmməd Araz
O, 14 oktyabr 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açıb. 1 dekabr 2004-cü ildə vəfat edən şair Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Həyatı daşlı-qayalı yollardan keçən sənətkarın tərcümeyi-halı, taleyi daha çox onun yaradıcılığında öz əksini tapıb.
14 oktyabr, 49 yaşım,
Görüşdük onunla xəstəxanada,
Əyləşib dərmanım-dərdim yanaşı,
Təklikdən qorxanda, təklənir adam...
Onun vətənpərvərlik, mübariz ruhlu şeirləri bu gün də yaddaşlardadır.
Məmməd Arazın ilk şeiri mətbuatda 1952-ci ildə dərc olunsa da, o, 1970-ci illərdən tanınmağa başlayıb.
Ədəbiyyatın böyük hamisi Heydər Əliyev Məmməd Araz sənətinə həmişə yüksək qiymət verib. Ulu Öndərin şairə anadan olmasının 60 illiyi ərəfəsində ünvanladığı təbrik məktubunda deyilir: “Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan poeziyasını zənginləşdirməkdədir. Məmməd Araz istedadının, təfəkkürünün məhsulu olan yüzlərlə şeiriniz milyonların qəlbinə yol taparaq özünə və Sizə əbədi yaşamaq hüququ qazandırıb. Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi yolunda bundan belə də yorulmadan çalışacaq, qədim və zəngin ənənələri olan milli poeziyamıza yeni töhfələr bəxş edəcəksiniz”.
1995-ci il aprelin 15-də Ümummilli Liderimiz Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif edib və bir gün sonra Azərbaycan Dövlət Filarmoniyasında görkəmli söz ustadının poeziyasına həsr olunmuş “Azərbaycan - dünyam mənim” adlı ədəbi-musiqili məclisində iştirak edib. Dörd saata yaxın davam edən məclisdə Heydər Əliyev Məmməd Araz sənəti haqqında qiymətli fikirlər söyləyib: “Bu gün biz bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı, gərəkli olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıclığının nə qədər böyük əhəmiyyəti var”.
Xalq şairinin qızı İradə Tuncay atası ilə bağlı xatirələrini “Yeni Azərbaycan” qəzeti ilə bölüşərkən bildirdi ki, atası ad günlərini xüsusi qeyd etmirdi:
“Ad günlərini xüsusi qeyd etməyi sevmirdi. Müharibədə, kənddə doğulmuş uşaqlar ad günlərini haradan bilsinlər? Xatırlayıram, bir dəfə sanatoriyada istirahət edəndə (görünür, orada belə bir qayda var imiş) qeyd ediblər öz aralarında, yəni dövlət özü qeyd edib. Elə bir onda xüsusi qeyd edildi, təbrik etdilər. Sonralar biz də qeyd etməyə qərar verdik...”
İradə xanım deyir ki, atası yazda doğulubmuş: “Qardaşı onu qucağında çıxarıb çölə, hamı gəlib təbrik edib. Deyirdi ki, həmin vaxt gül-çiçək açıb, yəni yaz vaxtı olub. Yəni biz də bilirdik ki, o, yazda doğulub, amma dəqiq hansı gündə doğulduğunu bilmirdik. Amma 14 oktyabrda özünün dediyindən sonra artıq biz özümüz belə qeyd edirdik. Deyim ki, özünün sevdiyi xüsusi bir gün idi, yox, elə deyildi”.
Doğum gününü, adətən, ailə üzvləri ilə birgə qeyd edərdi Məmməd Araz. İradə Tuncay atasının 65 yaşı olanda Ümummilli Liderin təbrik zəngini xatırlayır: “Ulu Öndərin səsi hələ də yadımdadır. 70 illik yubileyi keçiriləndə isə Heydər Əliyev xəstələnmişdi. Yubileydə geyinməsi üçün atama təzə kostyum almışdıq. O, kostyumu geyinmədi. Soruşdum ki, təzə kostyumunu niyə geyinmirsən? Dedi ki, O gələndə geyinəcəm, Özü gələcək, çünki inanırdı ki, Heydər Əliyev qayıdacaq... Və bir müddət sonra Heydər Əliyev vəfat etdi...”
Məmməd Arazın dediyi kimi, “Dünya böyük, ömür yolu bir addım...”
Ruhu şad olsun!
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

