Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Rəsədxana: Geomaqnit sahəsinin sakit və aktiv səviyyələrdə olacağı gözlənilir

Rəsədxana: Geomaqnit sahəsinin sakit və aktiv səviyyələrdə olacağı gözlənilir

18.11.2024 [21:14]

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı azalıb. Son həftə ərzində geomaqnit qasırğası baş verməyib.

Noyabrın 18-24-də C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton selinin isə 20 noyabrda yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin tac kütlə atılmaları, həmçinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.

Paylaş:
Baxılıb: 828 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Senzurasız 28 il...

06 Avqust 10:30

Analitik

7-ci görüş...

06 Avqust 10:14

Ədəbiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31