ADA Universiteti diplomatlar üçün daha bir təlim proqramını başa vurub
23.12.2014 [10:17]
Dekabrın 22-də ADA Universiteti İxtisasartırma Proqramı 41 gənc və orta rütbəli diplomat üçün keçirdiyi təlim proqramını uğurla başa vurub. Bu barədə AzərTAc-a universitetdən məlumat verilib.
Məzuniyyət günündə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və İxtisasartırma Proqramının direktoru Aygün Hacıyeva, o cümlədən proqram çərçivəsində müxtəlif mövzularda iştirakçılara təlim verən ADA Universitetinin inzibati və professor heyəti çıxış edərək, diplomatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Hafiz Paşayev artıq 8 ildir ki, keçirilən bu proqramın Azərbaycanda yeni nəsil diplomatların hazırlanmasında böyük rol oynadığını vurğulayıb.
Aygün Hacıyeva deyib ki, 2007-ci ildən fəaliyyət göstərən ADA Universiteti İxtisasartırma Proqramının bu günə qədər hökumət və biznes sektorundan 2726 peşəkara qısa və uzunmüddətli proqramlar təşkil edib. O, Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası, ABŞ və Avropadan 500-dən artıq xarici diplomatın müxtəlif mövzularda bacarıqlarının təkmilləşdirilməsində İxtisasartırma Proqramının xidmətini qeyd edib. Xatırladıb ki, ADA Universiteti İxtisasartırma Proqramı Bakıda fəaliyyət göstərən 70-ə yaxın şirkətin 1434 orta və yüksək dərəcəli meneceri üçün qısa və uzunmüddətli təlimlər keçib.
“Azərbaycanlı diplomatlar üçün keçirdiyimiz bu təlim zamanı 41 gənc və orta səviyyəli diplomat liderlik bacarıqları, iqtisadi məsələlər, diplomatik protokol, ictimai diplomatiya, kəşfiyyat və xarici siyasət, çoxtərəfli və ikitərəfli diplomatiya, beynəlxalq danışıqların aparılması, siyasətin təhlili, beynəlxalq siyasət və təşkilatlar, regionşünaslıq kimi mövzular üzrə təlimlər keçiblər”, - deyə A.Hacıyeva bildirib.
Qeyd edək ki, proqramın təlimçiləri arasında ADA Universitetinin dekanları, prorektorları və professor heyəti ilə yanaşı, Polşa, Malta və digər ölkələrdən gəlmiş müstəqil konsultantlar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri, parlament üzvləri, o cümlədən ABŞ, Böyük Britaniya, Pakistan, Almaniya, Avropa İttifaqı və İtaliyanın səfirləri iştirak ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15

