Bakı Ali Neft Məktəbi İBM şirkəti ilə əməkdaşlıq edəcək
30.05.2015 [11:11]
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros, İBM şirkətinin Azərbaycan üzrə rəhbəri İlya Kravtsov və şirkətin əməkdaşı Bahadur İbrahimov ilə görüşüb. Elmar Qasımov qonaqları salamlayaraq, onları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edib. E.Qasımov rəhbərlik etdiyi ali məktəb haqqında geniş məlumat verərək, onun fəaliyyət istiqamətlərindən söz açıb. O bildirib ki, BANM-də təhsil ingilis dilindədir və bu ali təhsil müəssisəsinə qəbul imtahanında ən yüksək bal toplayan abituriyentlər daxil olurlar. Rektor Bakı Ali Neft Məktəbində tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. O, BANM-dəki ixtisaslar haqda da məlumat verərək, ali məktəbin məzunlarının gələcəkdə beynəlxalq və yerli neft-qaz şirkətlərində yüksək ixtisaslı mütəxəssis kimi karyera quracaqlarına əminliyini bildirib.
Bakı Ali Neft Məktəbinin tələbələrinin bp, Statoil, Emerson, Total və digər bu kimi transmilli şirkətlərdə yay istehsalat təcrübəsi keçdiklərini bildirən E.Qasımov həmin şirkətlərin mütəxəssislərinin də BANM-də tədris prosesinə cəlb olunduqlarını vurğulayıb. O, BANM-də Tələbə Elmi Cəmiyyətinin konfranslarında şirkətlərin yaxından iştirak etdiyini, bu kimi fəaliyyətə dəstək verdiyini və həvəsləndirici hədiyyələr təqdim etdiyini də vurğulayıb. Rektor İBM şirkəti ilə gələcək əməkdaşlıq üçün BANM-də hər cür imkanların mövcud olduğunu deyib.
İBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros səmimi qəbula görə minnətdarlığını bildirib. O, təmsil etdiyi şirkət haqda məlumat verib. Devid La Ros Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu və əlaqələrin yaradılmasında maraqlı olduğunu qeyd edib.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

