Qərb-Şərq arasında vacib platforma - TDT
09.07.2024 [10:00]
Türk Dövlətləti Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada böyük uğurla baş tutan qeyri-formal Zirvə görüşü tarixi hadisədir. Tədbirdə çıxış edən qonaqlar Şuşada belə bir önəmli görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürlərini bildirərək Türk dünyasının inteqrasiyasının daha da dərinləşdirilməsinə hesablanan fikirlər ifadə ediblər.
Qazaxıstan öz platformasını təqdim etməyə hər zaman hazırdır
Türkdilli ölkələr Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına hər zaman mənəvi-siyasi dəstək veriblər. O cümlədən postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlanan tənzimləmə prosesi bütün Türk dünyasında diqqətlə izlənilir. “Mən Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması istiqamətində müsbət tendensiyanı vurğulamaq istərdim. Biz barışığa yönəlmiş addımları alqışlamalıyıq. Biz Bakı və İrəvan arasında sülh danışıqları üçün platformamızı təklif etməyə hər zaman hazırıq”. Bu fikirləri Zirvə görüşündəki çıxışında Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ifadə edib.
Qazaxıstan Prezidenti çıxışında Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, bu marşrutun bütün potensialı istifadə olunmalıdır.
Azərbaycan COP29-a uğurlu sədrlik həyata keçirəcək
Ötən ilin dekabrında Dubayda keçirilən iqlim konfransında COP29-a ev sahibliyi hüququnun respublikamıza verilməsi ilə bağlı qərar verilib. Hazırda Azərbaycan öz ənənəsinə uyğun olaraq bu tədbirə də məsuliyyətli hazırlıq həyata keçirir. Müəyyənləşdirilən gündəlik kifayət qədər geniş əhatə dairəsinə malikdir. Şuşada baş tutan Zirvə görüşündəki çıxışında Azərbaycanın noyabrda COP29-a uğurla sədrlik edəcəyinə əminliyini ifadə edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bildirib: “Sevindirici haldır ki, bu ilin noyabr ayında qardaş Azərbaycan ən vacib qlobal forumlardan birinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Əminəm ki, Azərbaycanın COP29-a sədrliyi qarşıdan gələn konfransın gündəliyində duran məsələlərin, o cümlədən iqlim maliyyələşməsini əhəmiyyətli dərəcədə irəliyə apara biləcək”.
Qırğızıstan Prezidenti ölkəsinin Azərbaycanla və təşkilata üzv olan digər ölkələrlə bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu da diqqətə çatdırıb. “Azərbaycanın bərpaolunan enerji mənbələrini, o cümlədən COP29-a sədrliyi çərçivəsində fəal inkişaf etdirdiyini və təşviq etdiyini nəzərə alaraq, biz Azərbaycan tərəfinə və ümumilikdə üzv dövlətlərə bərpaolunan enerji mənbələri ilə bağlı birgə layihələri həyata keçirmək üçün çağırış edirik”, - deyə Sadır Japarov vurğulayıb.
Azərbaycana qarşı əsassız ittihamlar qəbul edilə bilməz
Azərbaycanın formalaşdırdığı yeni reallıqlar region dövlətləri və daha geniş coğrafiyalar üçün böyük əhəmiyyətə malikdir. Qardaş Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın çıxışında bildirildiyi kimi, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması təkcə bölgə ölkələri üçün deyil, regional nəqliyyat xətlərinin açılacağı səbəbindən qlobal təhlükəsizlik və kommunikasiyalar baxımından da böyük önəm daşıyır. Bu xətlərin açılması regional əməkdaşlığı gücləndirərək Orta Asiya, Qara dəniz və Xəzər dənizi hövzələri də daxil olmaqla, bütün Türk dünyası üçün böyük imkanlar yaradacaq, yeni fürsətlər doğuracaq.
Bununla belə, ayrı-ayrı ölkələr və təsisatlar yenə də ikili standartlardan çıxış edərək ölkəmizin ünvanına əsassız ittihamlar irəli sürməkdən çəkinmirlər. Qardaş Türkiyənin vitse-prezidenti belə yanaşmanın qəbuledilməz olduğunu bildirirb. “Birinci Qarabağ müharibəsi nəticəsində öz yurdlarından didərgin salınan bir milyon azərbaycanlı qardaşımız üçün səsini çıxarmayan dövlətlərin bu gün haqsız və əsassız ittihamlarla qardaş Azərbaycanı hədəfə alması əsla qəbul edilə bilməz. Türk dünyası olaraq bu əsassız ittihamlara qarşı Azərbaycana güclü dəstək verməyimiz qardaşlığımızın olduğu kimi, ədalətin də zərurətidir”, - deyə Cevdet Yılmaz vurğulayıb.
Sülh naminə qarşılıqlı fəaliyyət
Zirvə görüşündəki çıxışında Macarıstanın Baş naziri Viktor Orban hazırda regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə görə Prezident İlham Əliyevə dərin ehtiramını ifadə edib. O, eyni zamanda, bu fürsətin ən qısa zamanda Avropada da əldə olunmasını arzu etdiyini bildirib.
Hazırda dünyanın mənzərəsi arzuolunmaz istiqamətdə dəyişir. O cümlədən müharibələr nəticəsində dünyanın müxtəlif bloklara bölünməsi riskləri getdikcə artır. Bundan narahatlığını ifadə edən V.Orban deyib: “Kədərli tarixi təcrübələrimizə əsaslanaraq, sülhə hörmət naminə qlobal əməkdaşlığı bərpa etmək üçün ünsiyyət və qarşılıqlı fəaliyyət dövrünə üstünlük verərdik. Bu mübarizədə sizə güvənirik. Biz Türk Dövlətləri Təşkilatına Qərb ilə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir təşkilat kimi baxırıq”.
Ən böyük gücümüz Türk dünyasının birlik, bərabərlik və həmrəyliyidir
Hazırda TDT-nin sıralarının genişlənməsi qurumun perspektivlərindən xəbər verir. O cümlədən Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də artıq TDT-nin tədbirlərinə qatılır. Buna görə dövlətimizin başçısına təşəkkürünü çatdıran Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib ki, ən böyük gücümüz Türk dünyasının birlik, bərabərlik və həmrəyliyidir. “Bir araya gələndə, həmrəy olanda nələr edə biləcəyimizi göstərmişik. Bu baxımdan, Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyasının ayrılmaz hissəsi olaraq bu gün qədim Şuşada təmsil olunması son dərəcə önəmli və tarixi hadisədir”, - deyə Ersin Tatar əlavə edib.
Zəngəzur Dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm bağlantı olacaq
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında təşkilata üzv ölkələr arasında əməkdaşlığın inkişafında beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətinə toxunub. Baş katib qeyd edib ki, Orta Dəhliz qlobal ticarətdə həyati əhəmiyyət kəsb edən arteriya rolunu oynayır. “İki ölkə arasında ən təhlükəsiz və ən qısa marşrut vəd edən bu dəhliz, sadəcə, yüklərin daşınması üçün yol deyil. Bu, iqtisadi artım, innovasiyalar və əməkdaşlıq üçün xilas kəməridir. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm bağlantı olacaq”, - deyə Kubanıçbek Ömüralıyev əlavə edib.
Qardaş ölkələrin birgə layihələri
Yaxın coğrafiyalarda yerləşmələri Türkdilli ölkələrin iqtisadi sahədə əməkdaşlıq imkanlarını artırır. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxışında indiyədək icra olunan birgə layihələrin əhəmiyyətindən bəhs edərək vurğulayıb: “Bu məsələdə bir daha möhtərəm cənab Prezidentə təşəkkür edirəm, 2004-cü ildə birlikdə fikir olaraq planlaşdırdığımız Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin reallaşdırılmasında hörmətli Prezidentimiz böyük bir liderlik etdi. Gürcüstanın layihə ilə bağlı tərəddüdlərinin aradan qaldırılmasında hörmətli Prezidentimizin mühüm töhfələri oldu. Bakı-Tbilisi-Qarsın reallaşması bu gün Orta Dəhlizin çatışmayan halqasının tamamlanması deməkdir və bu dəhlizdən artıq daha səmərəli istifadə olunmasına imkan yaradıb. 2030-cu ilə qədər bu marşrutla yükdaşımalarının həcmini 11 milyon tona çatdırmağımız mümkündür. Bunun üçün bəzi addımlar atılmalıdır”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

