Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Meksika Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul edib

Prezident İlham Əliyev Meksika Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul edib

09.10.2012 [01:39]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Meksika Birləşmiş Ştatları Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledonu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Meksika arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Son illərdə əməkdaşlığımızın sürətlə inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirib. Dövlətimizin başçısı Azərbaycan ilə Meksika arasında iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Porfirio Munyoz Ledonun Azərbaycana səfərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini vurğulayıb.
Prezident İlham Əliyev ilə hələ Avropa Şurası Parlament Assambleyasında tanış olduğunu xatırlayan Meksika Birləşmiş Ştatlarının Konqresinin Deputatlar Palatasının Beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyib.
Paylaş:
Baxılıb: 1341 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30