Zamanın sınaqlarından çıxan Azərbaycan - Özbəkistan dostluğu
25.07.2024 [10:00]
Özəl günlərdə dost təbriki almaq tutduğu vəzifədən asılı olmayaraq hər kəs üçün çox xoşdur. Dost Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev ad günündə belə təbriklərdən birini Azərbaycan Prezidenti İlham Əliyevdən alıb. Dövlətimizin başçısının iyulun 24-də Şavkat Mirziyoyevə telefon açaraq onu ad günü münasibətilə təbrik etməsi iki dövlət və xalq, eləcə də liderlər arasında formalaşan səmimi dostluq münasibətlərinin ruhuna tam uyğundur.
Liderlərin səmimi dostluğundan qaynaqlanan qardaşlıq münasibətləri
Getdikcə dərinləşən Azərbaycan-Özbəkistan əlaqələri sıx bağlılıq əsasında qurulub. Bu münasibətlər qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 150-dən çox sənəd imzalanıb.
Azərbaycanla Özbəkistan arasında getdikcə genişlənən münasibətlər ilk növbədə çoxvektorlu olması ilə diqqət çəkir. Təqdirəlayiq haldır ki, ölkələrimizin daha da yaxınlaşmasına həm dövlətlər və liderlər güclü siyasi iradə sərgiləyirlər, həm də buna cəmiyyətlər səviyyəsində böyük istək var. Prezident İlham Əliyevin Özbəkistana baş tutan uğurlu dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar. Bu sənəd mahiyyətcə gələcək əməkdaşlığın yol xəritəsidir.
Tarixdən gələn dostluq münasibətlərinin möhkəmlənməsinə təkan verən əsas amillərdən biri isə heç şübhəsiz ki, liderlər arasında formalaşan şəxsi münasibətlərdir. Dövlət başçıları tez-tez qarşılıqlı səfərlər edirlər. Bir qayda olaraq İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev isə Azərbaycanda əziz qonaq kimi qarşılanırlar və onlar məmnuniyyətlə bildirirlər ki, bu səfərlər zamanı özlərini evlərindəki kimi hiss edirlər. İki dost ölkənin liderləri müxtəlif beynəlxalq və regional platformalarda da müntəzəm olaraq görüşürlər və aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparırlar, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı yeni təşəbbüslər irəli sürürlər. Son olaraq liderlər Türk Dövlətləri Təşkilatının (TDT) iyulun əvvəlində Şuşada keçirilən qeyri-formal Zirvə görüşündə bir araya gəliblər. Belə intensiv təmaslar isə son nəticədə dövlətlərarası münasibətlərin inkişaf dinamikasına güclü təkan verir, qarşılıqlı inamı daha da artırır. Təsadüfi deyildir ki, telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Cənubi Qafqazda əsas ticarət tərəfdaşı
İki dövlət arasında siyasi dialoqun, liderlərin səmimi dostluq münasibətlərinin ruhuna uyğun olaraq ölkələrimiz iqtisadi sahədə əməkdaşlığı da davamlı olaraq genişləndirirlər. Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 161 milyon 581 min ABŞ dolları həcmində olub. O cümlədən ixracın həcmi 43 milyon 336 min, idxalının həcmi isə 118 milyon 245 min ABŞ dolları təşkil edib. Hazırda Özbəkistanda Azərbaycan kapitalına malik 204 şirkət fəaliyyət göstərir. Respublikamız dost ölkənin iqtisadiyyatına 12 milyon ABŞ dolları investisiya qoyub. Verilən məlumatlara görə, Azərbaycan şirkətlərinin Özbəkistanda əsas fəaliyyət sferaları maşınqayırma və metallurgiya, yüngül sənaye, qida məhsullarının istehsalı, yaşayış evlərinin tikintisi, xidmət və digər sahələrdir. Azərbaycan bazarı da öz növbəsində Özbəkistan üçün xüsusi maraq kəsb edir. Kənd təsərrüfatı istiqamətində, xüsusən EKTİS (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) layihəsi çərçivəsində əməkdaşlığı genişləndirmək perspektivləri böyükdür.
Azərbaycanla Özbəkistan arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsindən söhbət açarkən birgə hökumətlərarası komissiyanın uğurlu fəaliyyətinin önəmini xüsusi qeyd edə bilərik. Ötən il iyulun 18-də mədəniyyət paytaxtımız Şuşada Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın 12-ci iclası keçirilib. Cari ildə isə Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu baş tutub. Forumda ölkələrimizin bölgələrinin iqtisadi potensialı və tərəfdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub, ikitərəfli sənədlər imzalanıb, B2B formatda görüşlər olub. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələr arasındakı strateji tərəfdaşlıq əlaqələrinin təməlini təşkil edir.
Birgə İnvestisiya Fondu tərəfindən on layihənin maliyyələşdirilməsi gündəmdə
Dost ölkələr olan Azərbaycan və Özbəkistan iqtisadi sahədə əməkdaşlığı genişləndirməklə birgə layihələr reallaşdırmağı hədəfləyiblər. Birgə layihələr Azərbaycan-Özbəkistan İnvestisiya Fondu tərəfindən maliyyələşdiriləcək. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” saziş 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanıb və hər iki ölkənin dövlət başçıları tərəfindən təsdiqlənib. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti Azərbaycanda və Özbəkistanda, eləcə də üçüncü ölkələrdə investisiya layihələrinin gerçəkləşdirilməsinə hesablanıb. Bir qədər bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib. Tədbirdə Özbəkistanla iqtisadi sahədə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Bu baxımdan uğurlu birgə layihələrin, qarşılıqlı sərmayə yatırımlarının əhəmiyyəti qeyd olunub. Ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın, ticarət əlaqələrinin inkişafına yeni təkan verəcəyi bildirilib. Tədbirdə strateji investisiyaların artımı və ikitərəfli əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.
“Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin hazırda 10-dan çox layihəsi var”. Bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib. “Özbəkistan Azərbaycanla müştərək fonda investisiya qoyur. Getdikcə daha çox yeni layihələr həyata keçirəcəyimizə çox ümid edirik”, - deyə o bildirib. Y.Abdullayev qeyd edib ki, ilin sonunadək daha bir böyük tədbirin keçirilməsi planlaşdırılır.
Qardaş ölkənin sərmayəsi ilə işğaldan azad olunmuş ərazidə tekstil müəssisəsinin qurulması və ilkin mərhələdə 400-dən çox iş yerinin yaradılması hədəflənir. Bundan əlavə, sənayenin bir sıra istiqamətləri, eləcə də nəqliyyat-logistika üzrə işbirliyinin möhkəmləndirilməsi üçün münbit şərait var. Özbəkistanla, həmçinin enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşımalar kimi sektorlarda əhatəli əməkdaşlıq gündəliyi hazırlanıb. Şübhə yoxdur ki, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin intensivləşməsi qarşılıqlı faydalı tərəfdaşlığımızın inkişafına təkan verəcək.
Böyük Qayıdışa dost dəstəyi
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycanın postmüharibə dövründə müəyyənləşdirdiyi beş mühüm prioritetdən biridir. Ölkəmiz bu proqramı qısa müddətdə və yüksək səviyyədə reallaşdırmaq niyyətindədir. Bu işdə ölkəmizə dost dövlətlərdən də dəstək gəlir.
Bu sırada Türkdilli dövlətlərin, o cümlədən də Özbəkistanın da olması xüsusi məmnunluq doğurur. 2023-cü il avqustun 23-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Burada tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun və qardaşlığın növbəti addımı kimi qiymətləndirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

