Hərbçilərə növbəti güzəşt...
10.09.2024 [09:41]
Hökumət onların mənzil təminatını daha da yaxşılaşdıracaq
Azərbaycanda hərbçilərə dövlətin növbəti əhatəli dəstək tədbirlərindən birinə start verilir. Yeni güzəştlər hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin tərkib hissəsi kimi nəzərdə tutulub.
Prezident İlham Əliyevim imzaladığı müvafiq fərmana əsasən, “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib. Yeni qaydalar xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinə dövlət dəstəyini əhatə edir. Belə ki, fərmanın müddəalarına əsasən, ipoteka krediti ilə ev alan xüsusi təyinatlıların aylıq kredit ödənişinin yarısını dövlət ödəyəcək. Bundan başqa, xüsusi təyinatlılar ipoteka krediti götürərkən ilkin ödənişi də dövlət edəcək, gələcəkdə isə xüsusi təyinatlılara krediti bağlamaq üçün daha bir dəfə maddi dəstək veriləcək.
5 il xidmət keçən zabit və gizirlərə də güzəştli ipoteka veriləcək
Həmçinin dövlət başçısının 2018-ci il 1 may tarixli fərmanı ilə təsdiq olunmuş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”yə edilmiş dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi imkanlarının daha da yaxşılaşdırılması nəzərdə tutulub.
Qaydalara əsasən, Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək. Onların mənzil təminatının həlli üçün İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditləşməsi həyata keçiriləcək.
Dövlətin ipoteka güzəştlərindən 2024-2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçən Azərbaycan hərbi qulluqçuları da istifadə edə biləcəklər. Xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən ölkə vətəndaşları olan bütün hərbi qulluqçulara bu güzəştlər şamil olunacaq. Nəticədə güzəştli ipoteka ilə əhatə olunan hərbçilərin sayı daha da artmış olacaq.
Maliyyə dəstəyi güzəştli ipoteka kreditinin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin bir hissəsi və aylıq annuitet ödənişlərinin bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə göstəriləcək. Yəni hərbçilər güzəştli ipoteka imkanından yalnız bir dəfə istifadə edə biləcəklər və bunun üçün kreditin müddəti 15 ildən artıq olmalıdır.
Dövlət ilkin ödənişi də tamamilə öz resursları hesabına qarşılayacaq. Belə ki, hərbçilərə ipoteka krediti götürəndə ilkin ödəniş dövlət tərəfindən ödənilməklə, həmin məbləğ alınan evin qiymətinin 15 faizi qədər olmalıdır. Yəni 100 min manat məbləğində alınan evin ilkin ödəniş limiti 15 min manatı keçməməlidir. Burada bir məqam var ki, bu da ipoteka siyasətində sonradan maliyyələşmə mexanizmi ilə tənzimlənəcək. Belə ki, hərbçi ev və ya mənzil alarkən ödədiyi ilkin ödənişi, tutalım ki, 15 min manatı özü birbaşa borc sahibinin hesabına köçürübsə, həmin vəsaiti sonradan dövlətdən geri ala biləcək. Çünki, həmin ödənişə dövlət özü zəmanət verir.
Bütün hərbçilər üçün əlçatan və şəffaf...
Bundan başqa, hərbçilərin aylıq kreditlərinə də böyük güzəştlər nəzərdə tutulub. Onların aylıq kredit üzrə ödənişlərinin 50 faizini dövlət ödəyəcək. Belə ki, annuitet ödənişləri, yəni borcun aylıq bərabər hissəsi aylıq, məsələn 500 manat olduğu halda onun 250 manatını dövlət zəmanət verəcək, verilən maliyyə dəstəyinin digər annuitet hissəsinin 50 faizi hərbçinin öhdəliyində qalacaq. Güzəştli ipoteka krediti üzrə əsas borc məbləğinin bir hissəsi kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən əvvəl qaytarılarsa və yaxud borc restrukturizasiya edilərsə, annuitet ödənişləri üzrə maliyyə dəstəyi yenidən hesablanmış annuitet ödənişinin nəzərdə tutulmuş həcmində müəyyən ediləcək. Yəni hərbçi ümumi məbləğin üzərinə düşən hissəsini daha tez ödəyərsə, ona aylıq hesablanmış ödəniş məbləğinin dövlət tərəfindən verilmiş ann?itet hissəsini yenə də dövlət tam şəkildə ödəyəcək. Hərbçi sadəcə, bu prosesdə ümumi kredit öhdəliyində ona aid olan ödəniş müddətini azaltmış olacaq.
İpotekanın əlçatanlığının təmin edilməsi və prosesin tam şəffaf həyata keçirilməsi üçün bütün resurslara rəqəmsal nəzarət olunacaq, İpoteka və Kredit Zəmanət Fondu və və müvəkkil bank ipoteka krediti verən banklar) arasında informasiya mübadiləsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunacaq və hər kəs “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə bu prosesi izləyə biləcək. Müdafiə Nazirliyi bu sistemə qoşulmaqla faktiki olaraq hərbçilərin ipoteka reyestrini müəyyən edə biləcək.
Hərbçilərə dövlət qayğısı davamlı və genişdir, müxtəlif proqramları əhatə edir. Son bir ildə müxtəlif qanunlara edilmiş dəyişliklər sayəsində hərbçilərin pensiyası artırılıb, sosial təminatı yaxşılaşdırılıb. 2024-cü ildə “Əmək pensiyaları haqqında qanun”a edilmiş dəyişikliklərdən sonra müharibə ilə əlaqədar əlilliyi olan hərbi qulluqçuların pensiyası 10 faiz artırılıb.
İndiyədək 3646 nəfər hərbi qulluqçu mənzillə təmin olunub
Dövlət başçısının “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” müvafiq fərmanına əsasən, davamlı olaraq Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması həyata keçirilir. Ötən dövr ərzində dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 3646 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub. Hazırda siyahı üzrə daha 953 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib və onların da tam təmirli mənzillərlə təmin olunması nəzərdə tutulur. 2024-cü ilin dövlət büdcəsindən 35 milyon manat məbləğində vəsait ayrılıb. Hazırda mənzil növbəsində dayanan, ancaq kirayədə qalan hərbçilərin kirayəyə götürdüyü yaşayış sahəsinə görə, vəsaitləri də dövlət ödəyir. Ümumilikdə, komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir. Göründüyü kimi hərbçilərin sosial təminatının, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin yürütdüyü siyasətin ən prioritet istiqamətlərindən biri kimi hər zaman ön planda dayanır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55

