Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakıda Ağ Şəhər bulvarının təməli qoyulub

Bakıda Ağ Şəhər bulvarının təməli qoyulub

28.05.2013 [12:27]

Mayın 25-də Bakıda Ağ Şəhər bulvarının təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Ağ Şəhər bulvarı Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarına əsasən görülən işlərin davamı olaraq salınacaq.
Əvvəlcə dövlətimizin başçısına ərazidə aparılacaq tikinti işləri barədə məlumat verilib.
Prezident İlham Əliyev Ağ Şəhər bulvarının təməlini qoyub.
Bildirilib ki, Ağ Şəhər bulvarı Dənizkənarı Milli Parkın ən gözəl yerlərindən birinə çevriləcək. Burada dənizkənarı piyada yolları salınacaq, yaşıllıq zonaları yaradılacaq, sahilbərkitmə işləri aparılacaq. İnsanların təhlükəsizliyini və hərəkətin rahatlığını təmin etmək üçün piyada keçidləri inşa ediləcək. Bu nəhəng istirahət mərkəzi sürətlə genişlənən və müasirləşən Bakının ümumi mənzərəsini daha da gözəlləşdirəcək.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Paylaş:
Baxılıb: 1290 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30