Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

12.02.2025 [11:21]

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verdi.

Somali Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Paylaş:
Baxılıb: 306 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Gündəm

Sosial

Sosial

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Yanvar 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31