/ / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23.12.2015 [10:11]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı noyabr ayında Türkiyədə keçirilən parlament seçkilərində qazanılan qələbə və Türkiyə Böyük Millət Məclisinin sədri kimi mötəbər vəzifəyə seçilməsi münasibətilə İsmayıl Qəhrəmanı təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın ilk xarici səfərini qardaş ölkəyə etməsindən məmnunluğunu bildirib. Bu ayın əvvəlində Baş nazir Əhməd Davudoğlunun ölkəmizə səfərini xatırlayan dövlətimizin başçısı bunun gözəl ənənə olduğunu vurğulayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra ilk səfərini Azərbaycana və özünün 2013-cü ildə Prezident seçiləndən sonra ilk xarici səfərini qardaş ölkəyə etməsini məmnunluqla xatırlayıb və bunu Azərbaycan-Türkiyə birliyinin yaxşı nümunəsi kimi dəyərləndirib. Prezident İlham Əliyev bir daha qeyd edib ki, dünyada Azərbaycan ilə Türkiyə kimi bir-birinə bağlı olan ölkələr tapmaq çox çətindir. Dövlətimizin başçısı Azərbaycanın 24 illik müstəqilliyi dövründə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin böyük sınaqlardan çıxdığını vurğulayıb. Prezident İlham Əliyev bu gün ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq etdiklərini və bir-birinə verdikləri qarşılıqlı dəstək sayəsində daha da gücləndiklərini qeyd edib. Azərbaycan-Türkiyə iş birliyinin və dostluğunun regionda mühüm amilə çevrildiyini bildirən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini də qeyd edib. Prezident İlham Əliyev Türkiyənin “G20”-yə ev sahibliyi edən bir dövlət kimi Azərbaycanı bu tədbirə dəvət etməsindən məmnunluğunu bildirib və Azərbaycan ilə Türkiyənin bir-birinə ən yaxın müttəfiq ölkələr olduğunu deyib. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm yer tutduğunu vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirib. Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlətimizin başçısı ölkəmizin bu təşkilata üzv olduğu ilk vaxtlardan başlayaraq nümayəndə heyətləri arasında sıx əməkdaşlığın qurulduğunu məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın ölkəmizə səfərinin əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi işində önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.
Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayan Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman “Bir millət, iki dövlət” fikrinin artıq hər iki xalqın şüurunda möhkəm yer tutduğunu deyib. O, Türkiyə rəhbərlərinin ilk xarici səfərlərini Azərbaycana etmələrini məmnunluqla vurğulayıb. Azərbaycana əvvəlki səfərlərini xatırlayan İsmayıl Qəhrəman ötən dövrdə Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın birinci Avropa Oyunlarını mükəmməl şəkildə təşkil etdiyini də vurğulayıb. Noyabrın 1-də hər iki qardaş ölkədə parlament seçkilərinin uğurla başa çatdığını deyən İsmayıl Qəhrəman əməkdaşlığın və həyata keçirilən müştərək layihələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini söyləyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

