Prezident İlham Əliyev Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11.05.2017 [10:08]
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür. Artıq 14-cü ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü Onsuz qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Azərbaycanın hər yerində olduğu kimi, dünya ölkələrində də geniş qeyd edilir. Ölkəmizin bütün bölgələrində bu əlamətdar gün - Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, respublikamızı sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirərək görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyətini, Vətən və xalq qarşısındakı xidmətlərini geniş təbliğ edirlər.
Xalqımızın xilaskar oğlunun hər doğum günündə olduğu kimi, bu il mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tuturlar. Ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyulur, əziz xatirəsi dərin ehtiramla yad edilir, ruhuna dualar oxunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu öndərin doğmaları və yaxınları xalqımızın xilaskar oğlunun doğum günündə Onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.
Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu öndərin xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

