Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ulu öndər Heydər Əliyevin 1969-cu ildə müəyyənləşdirdiyi konsepsiya Azərbaycanın inkişafına xidmət edir

Ulu öndər Heydər Əliyevin 1969-cu ildə müəyyənləşdirdiyi konsepsiya Azərbaycanın inkişafına xidmət edir

14.07.2009 [14:30]

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş mərasim keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsinin Azərbaycan xalqının taleyində əhəmiyyətli dönüş nöqtəsi olduğunu bildirib. “Bu dönüşün həm tarixi əhəmiyyətini, həm də milli inkişaf baxımından çox vacib yer tutduğunu bu günün məntiqi baxımından izah etmək üçün müqayisə aparmaq istəyirəm. Bu gün dünyanın hər yerində dəyişiklikdən danışırlar. Hamı birmənalı etiraf edir ki, dünya dəyişməlidir, ölkələrdə ciddi dəyişikliklərə ehtiyac var. 40 il bundan əvvəl Azərbaycanda da insanlar dərk edirdilər ki, respublikamızın ciddi şəkildə dəyişməsinə ehtiyac var. çünki bu dəyişikliklər olmasa, o zamanın mövcud problemləri kontekstində Azərbaycan daha çətin vəziyyətlərə düçar ola bilərdi. 40 il əvvəl - iyulun 14-də Heydər Əliyev Azərbaycanın rəhbəri seçildi. Bu hadisə Azərbaycanda həm ictimai, həm də fərdi düşüncədə Azərbaycanın dəyişilməsinə ehtiyacın yaranması ilə bilavasitə bağlı olan qərar idi. Bu qərar qəbul olunduqdan sonra Azərbaycan ciddi şəkildə dəyişildi. Söhbət təkcə, Azərbaycanın qısa müddətdə iqtisadi inkişafından getmirdi. Bu, respublikanın xalq təsərrüfatının inkişafından daha çox Azərbaycanda milli-mənəvi dəyərlər sisteminin dəyişməsində ifadə olunan yeniliklər kimi daha böyük əhəmiyyət kəsb edirdi. Əgər bu dəyişikliklər olmasaydı, o zamankı cəmiyyəti daxildən sarsıdan qaydalar sındırılmasaydı yəqin ki, çox qısa zamanda Azərbaycan sürətli inkişaf edə bilməzdi” - deyə Əli Əhmədov vurğulayıb. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində o zaman Azərbaycan keçmiş SSRİ-də ən geridə qalmış respublikadan öndə gedən respublikaya çevrildi. Belə ki, 1971-ci ildə Azərbaycan SSRİ-nin ən qabaqcıl respublikaları sırasına çıxdı.
YAP Sədrinin müavini qeyd edib ki, iki il ərzində respublikada mənəvi-psixoloji vəziyyəti, insana münasibəti dəyişmədən bu qədər sürətli inkişafı təmin etmək mümkün olmazdı. Ona görə də, Heydər Əliyevin Azərbaycana 40 il əvvəl rəhbər seçilməsi bütün sahələrin, ilk növbədə mənəvi dəyərlərin, mənəvi-psixoloji vəziyyətin köklü şəkildə dəyişməsinə gətirib çıxardı. Bu da öz növbəsində ölkə həyatının bütün sahələrində çox sürətli yüksəliş üçün ən etibarlı təməli yaratdı. “Böyük tarixi şəxsiyyətlərə zaman həmişə ehtiyac duyub və Azərbaycanın da Heydər Əliyevə ehtiyacı oldu. Ulu öndərimiz bu ehtiyaca uyğun olaraq tarixi çağırışa cavab verdi. Onun rəhbərliyi ilə 1969-cu ildə müəyyənləşdirilən, əsası qoyulan konsepsiya bütünlükdə Azərbaycana xidmət edir”.
Əli Əhmədov əlavə edib ki, həmin tarixdən keçən 40 il ərzində dünyada çox şey dəyişib. SSRİ iflasa uğrayıb və tamamilə başqa bir cəmiyyət qurulub. Bu proseslər çərçivəsində Azərbaycan müstəqilliyinə qovuşub. Amma müstəqil Azərbaycanın inkişafında da Heydər Əliyev xətti davam edib. “40 il ərzində yürüdülən bu siyasət Azərbaycana ancaq fayda gətirib. Bu konsepsiya bu gün də Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1960-70-ci illərdə SSRİ-nin qabaqcıl respublikasına çevrilən Azərbaycan bu gün də dünyanın ən dinamik inkişaf edən dövləti kimi tanınır. Bu onu göstərir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət xalqa, Vətənə xidmət edir. Bu məmləkət inkişafa və tərəqqiyə görə, Ulu öndər Heydər Əliyevə minnətdardır” - deyə YAP İcra katibi vurğulayıb.
Daha sonra mərasimdə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı müxtəlif vəzifələrdə çalışmış insanlar çıxış edərək öz xatirələrini danışıblar. Onlardan Lidiya Rəsulova Heydər Əliyevin dahi şəxsiyyət olduğunu vurğulayıb: “Dünya dahi şəxsiyyətlər yetişdirib. Onların arasında Heydər Əliyev özünəməxsusluğu ilə seçilir. çünki Ulu öndər Heydər Əliyev həm XX, həm də XXI əsrin dahisidir. Heydər Əliyev bir əsrdə bir-birinə zidd olan iki quruluşda rəhbər vəzifələrdə çalışıb”.
1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanı aqrar respublikadan, sənaye respublikasına çevirdiyini deyən L.Rəsulovanın sözlərinə görə, bu dövrdə ölkəmiz qırmızı keçici bayraqlar alırdı. Fəaliyyəti dövründə həmişə Ulu öndər Heydər Əliyevin etimadını doğrultmağa çalışdığını deyən L.Rəsulova qeyd edib ki, ümummilli lider hər kəsin düzgün, vicdanla işləməsinə diqqət yetirirdi və onları qiymətləndirirdi. Məhz bu etimadın nəticəsi idi ki, 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ona mühüm dövlət vəzifələri etibar etdi. Ulu öndərimiz haqqında çoxlu xatirələrini danışan L.Rəsulova bildirdi ki, bu gün Heydər Əliyev yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında deyib ki, zamanın şəxsiyyətə, yoxsa şəxsiyyətin zamana təsir etməsi insanlar arasında həmişə müzakirə olunub. Amma ümummilli lider Heydər Əliyevin timsalında bu suala cavab tapılıb. “O həmişə şəxsiyyəti ilə zamana təsir edib. Heydər Əliyev iki bir-birinə zidd olan cəmiyyətlərdə ölkə rəhbəri olub, daim öz şəxsiyyətini qoruyub saxlayıb. Eyni zamanda, görmək istədiyi işi də görüb. Bunun əsas səbəbi odur ki, Ulu öndər Heydər Əliyevin həyatının əsas amalı həmişə xalqına xidmət etmək olub”.
Anar əlavə edib ki, əgər 1989-cu ildə Azərbaycanda hakimiyyət başında Heydər Əliyev olsaydı, ermənilər Qarabağ münaqişəsini alovlandıra bilməyəcəkdilər. Tarixə nəzər salan yazıçı qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyev SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosundan uzaqlaşdırıldıqdan sonra ermənilər Dağlıq Qarabağ iddialarını dilə gətirdilər. Anarın sözlərinə görə, əgər 1993-cü ildə Ulu öndər yenidən Azərbaycanın rəhbərliyinə qayıtmasaydı, ölkədə ciddi problemlər yaranacaqdı. Hətta Azərbaycan parçalana bilərdi. çünki artıq ölkədə vətəndaş müharibəsi başlamışdı: “ölkəni parçalamaq üçün şimaldan, cənubdan və qərbdən hücumlar var idi. Bunun qarşısını məhz Ulu öndər aldı”.
Xalq yazıçısı ümummilli lider haqqında xatirələrini “Unudulmaz görüşlər” kitabında qələmə aldığını bildirib.
Akademik Akif Əlizadə isə çıxışında 1969-cu ilin iyulun 14-dən etibarən Azərbaycan tarixinin yeni mərhələsinin başlandığını bildirib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin əzmkar, qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan əzəmətli dövlətə çevrildi: “Məhz bu dövr respublikamızın elm, təhsil, mədəniyyət sahələrinin intibah illəri oldu. Təsadüfi deyil ki, ciddi elmi nəticələr qazanıldı, elmi nailiyyətlər istehsalata tətbiq edildi. O zaman təkcə SSRİ Elmlər Akademiyası və Azərbaycan Elmlər Akademiyasında kosmik tədqiqat işlərindən elmi tətdiqatlarda istifadə olunurdu. Bir sözlə, 64 yaşlı Milli Elmlər Akademiyasının intibahı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.
Akademik qeyd edib ki, Ulu öndər Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövlətinə Prezident İlham Əliyev uğurla rəhbərlik edir və xalqımızın firavan gələcəyi naminə qətiyyətli siyasət həyata keçirir.
çıxış edənlərdən İmran Əbilov ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışdığını deyib. O, qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qısa müddətdə kənd təsərrüfatında böyük nailiyyətlər qazandı. Bir çox sahələrdə ittifaq miqyasında respublikamız öndə gedirdi.
Əməkdar incəsənət xadimi Yasif Nəsirli də Ulu öndər Heydər Əliyev haqqında xoş xatirələrini danışıb. O, qeyd edib ki, Heydər Əliyev bütün xalqımızın qəlbində özünə əbədi abidə ucaldıb. Y.Nəsirli Azərbaycanın yeganə problemi olan Qarabağ məsələsinin tezliklə həll olunacağına, bayrağımızın bu torpaqda sancılacağına əmin olduğunu bildirib.
Mərasimə yekun vuran YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, Azərbaycan Heydər Əliyev yolu ilə daim yüksələcək. ümummilli liderin şah əsəri olan Azərbaycan dünyanın ən firavan ölkələrindən birinə çevriləcək.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1277 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31