Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Pakistanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Pakistanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

01.12.2017 [10:34]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı dəstəyin önəmini qeyd edib və bu əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan ilə Pakistan bütün məsələlərlə bağlı daim bir-birini dəstəkləyir, siyasi, iqtisadi, ticarət, hərbi əməkdaşlıq əlaqələri yaxın müttəfiqlər səviyyəsində inkişaf edir. Prezident İlham Əliyev deyib ki, Pakistan bizim üçün ən yaxın müttəfiq və dost ölkələrdəndir. Dövlətimizin başçısı Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etməsini yüksək qiymətləndirib. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatına toxunan dövlətimizin başçısı bu əməkdaşlığın müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini əminliklə vurğulayıb.
Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asif ölkələrimiz arasında çox yaxın qardaşlıq münasibətlərinin mövcud olduğunu deyib. Əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi və digər sahələrdə uğurla inkişaf etdiyini, əməkdaşlığımızın daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu vurğulayan qonaq beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birinə verdiyi qarşılıqlı dəstəyin önəmini qeyd edib. Pakistanlı qonaq Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının sabitliyin, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. O, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində qardaş Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb.
Söhbət zamanı “Asiyanın Qəlbi - İstanbul Prosesi” konfransının Əfqanıstanda sabitlik və inkişafa nail olunması işinə böyük töhfə verdiyi qeyd olunub.

Paylaş:
Baxılıb: 1011 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30