Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir
06.10.2009 [09:40]
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın qarşısında duran yeganə həll edilməmiş böyük problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Son illərdə Azərbaycan iqtisadiyyatının güclənməsi, dünyanın ən sürətli inkişafa malik iqtisadiyyatı kimi qeyd olunması, o cümlədən, dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin artırılması, ordumuzun modernləşdirilməsi istiqamətində atılan addımlar müharibə şəraitində yaşayan ölkəmizin öz torpaqlarını işğaldan azad etmək istiqamətində apardığı fəaliyyət kimi dəyərləndirilməlidir. Təbii ki, Azərbaycan işğal altında olan torpaqlarının sülh yolu ilə azad olunmasının, münaqişənin danışıqlar vasitəsilə həllinin tərəfdarı kimi çıxış edir. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman xüsusi olaraq vurğulayıb ki, ölkəmiz öz torpaqlarını işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.
Qeyd olunduğu kimi, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Və bu səbəbdən də ölkəmiz sözügedən problemin həllində əsas istiqamət kimi diplomatik danışıqlara üstünlük verib. Dövlət başçısı İlham Əliyevin məsələ ilə bağlı qətiyyətli mövqeyi və bu istiqamətdə aparılan diplomatik fəaliyyət nəticəsində isə rəsmi Bakı bir sıra böyük nailiyyətlərə imza atıb. Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq aləm tərəfindən dəstəklənməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi ölkəmizin bu istiqamətdə əldə etdiyi uğurlar sayıla bilər.
Digər tərəfdən, Azərbaycan məsələnin sülh yolu ilə tənzimlənməsinin vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu ilə yüksək səviyyədə əməkdaşlıq edir. Məhz yuxarıda sadalananları və münaqişənin həlli istiqamətinda aparılan danışıqların intensivləşməsini nəzərə alan ekspertlərin qənaətinə görə, 2009-cu il münaqişənin tənzimlənməsi yönündə olduqca dinamik bir il hesab olunmalıdır. Azərbaycan və Ermənistan dövlət başçılarının bir neçə görüşü, danışıqların Madrid prinsipləri istiqamətində inkişaf etdirilməsi, beynəlxalq aləmin problemin həlli istiqamətində səyləri bunu deməyə əsas verir ki, münaqişənin həlli prosesində əsaslı nöqtəyə yetişmək mümkündür. Eyni zamanda Cənubi Qafqaz regionunun dünyanın ən böyük neft-qaz layihələrinin həyata keçirildiyi bölgələrdən biri olduğunu nəzərə almaq lazımdır. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bu gün həm ayrı-ayrılıqda ölkələrin, həm də kompleks şəklində regionun inkişafını ləngidir. Daha dəqiq desək, Ermənistanın apardığı işğalçılıq siyasəti regionun inkişafının qarşısını almaqla yanaşı, hər zaman ən böyük təhlükə mənbəyi olaraq qalır. Dağlıq Qarabağ münaqişəsinin həlli eyni zamanda məhz bu təhlükənin aradan qaldırılması üçün vacibdir. Münaqişə isə beynəlxalq hüquq normalarına əsasən, yəni, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir.
Türkdilli ölkələrinin dövlət başçılarının Naxçıvanda keçirilən IX zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli məqamlarına toxunmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğala məruz qalmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının son illər ərzindəki uğurla inkişaf etdiyini bildirib: “Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Bu işğal nəticəsində və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağından didərgin salınıb. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. 2004-2008-ci illərdə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır. Bu artım, əlbəttə ki, ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlərin həllində bizə kömək göstərir”.
İşğalçı ölkə ilə aparılan danışıqlara toxunan ölkə başçısı qeyd edib ki, müzakirə olunan məsələlər münaqişənin həllinə kömək göstərə bilər: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illərdir ki, danışıqlar aparılır. Ancaq əfsuslar olsun, hələ ki, biz heç bir nəticəyə gəlməmişik. Düzdür, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur. Danışıqlar prosesi deyə bilərəm ki, artıq sonuncu mərhələsindədir. Müzakirə olunan məsələlər münaqişənin həllinə kömək göstərə bilər”.
Prezident İlham Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə hələ də icra edilməmiş qalır: “Azərbaycanın tarixi torpağı olan Qarabağ bölgəsi 20 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmur. O qətnamələrdə erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Digər beynəlxalq təşkilatlar buna bənzər qərarlar qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu vaxta qədər beynəlxalq normalara məhəl qoymur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Azərbaycanın prinsipial və dəyişməz mövqeyi bundan ibarətdir və bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq prinsiplərə əsaslanır. Xalqların isə öz müqəddəratlarını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər və bundan kənarda heç bir başqa variant müzakirə oluna bilməz”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

